Beynəlxalq elmi təcrübə proqramına qeydiyyat

Məlumat üçün bildiririk ki, Beynəlxalq Tarix Bioqrafiya İnstitutu (The International Historical Biographical Institute (IHBI)) təhsil və elm müəssisələrinin rəhbərlərini, eləcə də elmi və elmi-pedaqoji işçilərini “Nobel mükafatçıları: uğurlu şəxsiyyətin formalaşması və transformasiyası üçün təcrübə və peşəkar nailiyyətlərin öyrənilməsi” IX Beynəlxalq Elmi Təcrübə Proqramında iştirak etməyə dəvət edir.
Sözügedən proqramda siyasət, biznes, elm, mədəniyyət, təhsil sahəsində tanınmış dünya liderləri və 200-dən çox Nobel mükafatçıları tərəfindən mühazirələr keçiriləcək. BƏƏ, İtaliya, Bolqarıstan, ABŞ, İsrail və Çindən maliyyə dəstəyi ilə IHBI tərəfindən verilən 1,200,000 avro ekvivalentində beynəlxalq qrant, habelə xeyriyyə töhfələri hesabına maliyyələşdirilir.

İştirak etməyin üstünlükləri:
• Bu proqram iştirakçıları Nazirlik tərəfindən tələb olunan, o cümlədən baş elmi işçi, dosent və professor elmi adlarının alınması üçün tələb olunan yeni biliklər, ideyalar, qabaqcıl beynəlxalq elmi təcrübə və peşəkar səriştələrlə təmin edir.

• Beynəlxalq Proqramın 360 saat və ya 12 kredit üzrə bitirilməsi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş Beynəlxalq Sertifikat IEG /U/23/01/04 No-li Beynəlxalq Təhsil Qrantı almağınızı göstərir.

• “Beynəlxalq Müəllim və Baş Elmi İşçi” ixtisasının verilməsi, əldə edilmiş ixtisasların yüksək səviyyəsinin təsdiq edilməsi. Yaxın Şərq, Şimali Afrika, Çin, Hindistan, Yaponiya, Avstraliya və Yeni Zelandiya, ABŞ, Kanada, Aİ, MDB ölkələri və Latın Amerikası ölkələrində tanınması.

Proqramın müddəti: 13 yanvar - 29 aprel 2023-cü il.
Beynəlxalq Sertifikatların təqdimatı: 27-29 aprel 2023-cü il.

Elmi və pedaqoji heyətin proqramda iştirakının qiyməti 60 ABŞ dollarıdır.

Qeydiyyat üçün aşağıdakı məlumatlar rəsmi e-poçta göndərilir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
• Ad, Soyad, Ata adı (ingilis və rus dillərində)
• Şəhər
• Əlaqə nömrəsi və e-mail
• İş yeri və vəzifə
Məktubunuzun mövzusunda mütləq "Beynəlxalq elmi təcrübə proqramına qeydiyyat" (Регистрация на международную программу научной стажировки/Registration for the international scientific internship program) qeyd olunmalıdır.

Qeydiyyat 12 yanvar 2023- ci il tarixinədək həyata keçiriləcək.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search