AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş
“Təhsildə strateji idarəetmə və müasir yanaşmalar”
Magistrantların Respublika elmi konfransı
Bakı, 6-7 aprel 2023
Konfransın elmi bölmələri
• Təhsildə strateji idarəetmə
• İnnovasiyalar və təhsilin keyfiyyəti
• Tədrisin müasir problemləri
• Təhsildə sosial-psixoloji xidmət
Tezislərin tərtib olunma qaydaları
Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır.
Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılmalıdır.
Məruzə mətninin formatı yuxarıdan, aşağıdan 25 mm, soldan və sağdan 20 mm olmaqla 3 səhifəyə qədər olmalıdır.
Mətnin əvvəlində tezisin adı, müəllifin soyadı, adı və atasının adı, e-mail ünvanı, mobil telefon nömrəsi, təmsil olunduğu müəssisənin adı, konfransın uyğun bölməsinin adı qeyd edilməlidir.
Tezislər A4 formatlı kağızda 3 səhifədən çox olmamaqla 1 nüsxədə çap edilməli, kafedranın protokolundan çıxarış, elmi rəhbərin rəyi ilə birlikdə və elektron daşıyıcıda (CD disk) 10 mart 2023-cü il tarixə qədər konfransın Təşkilat Komitəsinə təqdim olunmalıdır.
• Mövzunun adı mərkəzdə baş hərflərlə
• Müəllifin soyadı, adı və atasının adı (kursiv, yağlı, ortada)
• e-mail, mobil nömrə, ali məktəbin adı (alt-alta, sağ kənarda)
• Tezis mətninin sonunda sağ kənarda bölmənin adı qeyd olunmalı
• Yuxarıdan və aşağıdan 25 mm, sağdan və soldan 20 mm boşluq qoyulmalı
Ünvan: Azərbaycan, Bakı AZ-1110, akad. Həsən Əliyev küçəsi 104
Azərbaycan Dövlət Pedaqoji Universiteti, II tədris binası,
Magistratura və doktorantura şöbəsi, 3-cü mərtəbə, otaq 306.
Əlaqə telefonu: (+99412) 493-05-85, 465-81-53
E-mail:
Web: http://www.adpu.edu.az
Təşkilat Komitəsi