Erasmus+ KA1 mübadilə proqramı xətti ilə Danimarkada təhsil almaq istəyən tələbələrimizin nəzərinə!

Erasmus+ KA1 mübadilə proqramı xətti ilə Danimarkada təhsil almaq istəyən tələbələrimizin nəzərinə!
Kopenhagen Universitet Kolleci (Danimarka) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mövcud ikitərəfli Erasmus+ mübadilə proqramına əsasən universitetimizin tələbələri 2023/2024-cü tədris ilinin payız semestri (5 ay) müddətində Danimarkada təhsilini davam etdirmək imkanı əldə edir.

🤷‍♂️Kimlər müraciət edə bilər?
İngilis dili biliyi B2 olan tələbələr. Bakalavr səviyyəsinin əsasən II və III tədris ilində təhsil alan tələbələri (IV tədris ilinin tələbələri öz razılıq ərizələri ilə) Sertifikatı olan tələbələrə üstünlük veriləcəkdir.
👨‍🎓 Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin Sosial İş ixtisası üzrə və Məktəbəqədər təhsil fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə II və III kurs bakalavr pilləsində təhsil alan tələbələrə üstünlük veriləcəkdir.
Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.

Qeyd edək ki, müsahibələr 6-13 mart tarixlərində keçiriləcəkdir. Seçilən namizədlərin online qeydiyyatı üçün son tarix 1 apreldir.
Əlavə məlumat və müraciət üçün kontaktlar:
e -mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
tel: +99412 498 95 46
Əsas korpus, Beynəlxalq əlaqələr şöbəsi ( 218-ci otaq )

🔴 Müraciət üçün son tarix: 7 mart 2023-cü il

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search