Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumat məktubu
Hörmətli həmkarlar!
Sizi 5-6 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Fridrix Aleksadr Universiteti Erlangen-Nurenberq (Almaniya), Abay adına Qazax Milli Pedaqoji Universiteti (Almatı, Qazaxstan,), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Bakı, Azərbaycan) tərəfdaş olduğu “Pedagogical Professionalism and Internationalization – Dialogue with the Post – Soviet Islamic Education Space” (2020–2023) layihə çərçivəsində keçiriləcək “Multilingualism, internationalization, digitalization as factors of innovations in teacher education” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
- International education – history, development and current problems. Practice in Azerbaijan, Germany and Kazakhstan.
- Teacher education in the XXI century – urgent problems and perspectives.
- Digitalization in education.
Konfransın işçi dili: ingilis dili
Konfrans materialının tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü – A4
Boş sahə - hər tərəfdən 2 sm
Şrift ölçüsü – 12 pt, Times New Roman
Sətirarası məsafə - 1,15 sm
Abzas – 1,25 sm
Müəllifin adı, soyadı – sağ küncdən, qalın şriftlə
İş yeri, şəhər ölkə - sağ küncdən, kursivlə
E-poçt ünvanı - sağ küncdən, kursivlə
Tezisin adı – ortadan, böyük hərflə, qalın şriftlə
Açar sözlər (5-6 söz) – ingilis dilində
Həcmi – 3 səhifəyə qədər
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
Ədəbiyyat siyahısı - əlifba sırası ilə
Son göndərmə tarixi - Materiallar 15 may, 2023-cü il tarixinədək
Təşkilat Komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Əlaqəli şəxs – f.ü.f.d. Qasımova Mirvari
Mühüm qeyd: Konfrans proqramına daxil edilən tezis müəlliflərinə çıxış etdikləri halda iştiraklarına dair sertifikat veriləcəkdir. Konfrans “Pedagogical Professionalism and Internationalization – Dialogue with the Post – Soviet Islamic Education Space” (2020 – 2023) adlı Beynəlxalq layihə çərçivəsində həyata keçirildiyi və layihənin yekun hesabat xarakterini daşıdığı üçün tezis materiallarının nəşr edilməsi nəzərdə tutulmur.
Təşkilat Komitəsi