Hüquq şöbəsi

Hüquq şöbəsi

Hüquq şöbəsinin fəaliyyət istiqamətləri

1.ADPU-da hüquqi fəaliyyətin həyata kecirilməsini təşkil edir, qanunvericiliyin tələblərinin gözlənilməsini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təhsil alanların və təhsil verənlərin qanuni hüquqi maraqlarının müdafiəsini təmin edir.

2.ADPU-da hazırlanmış əmr layihələrinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir, bu sənədlərin hazırlanmasında iştirak edir.

3.Struktur bölmələrə ADPU-nun filiallarına və şöbələrə hüquqi yardım göstərir, məhkəmələrdə ADPU rəhbərliyini təmsil edir, nəticələri ümumiləşdirir və təhlil edir.

4.İddialara cavab hazırlamaq üçün arayışların, hesabatların, izahat və başqa sənədlərin vaxtında verilməsinə nəzarət edir, hüquqi aktların layihələrinə dair rəy verir.

5.Hüquqi fəaliyyətlə bağlı işlərə metodiki rəhbərliyi həyata keçirir.

6.Tələbələrin sənədlərinin qəbulu prosesində fəal iştirak edir.

7.ADPU-da əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir.

8.Əmək və icra intizamını pozanlara qarşı tədbir görülməsi ücün rəhbərliyə təqdimatlar verir.

9.Əmək müqavilələrinin bağlanılması işində işcilərə hüquqi köməklik göstərir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də ADPU-nun debitor və kreditor borclarına dair məsələlərə baxılmasında iştirak edir.

10.ADPU tərəfindən verilmiş əmrlərin və hüquqi aktların tətbiqi ilə bağlı icraçılara məsləhətlər verir Hüquqi bilikləri təbliğ edir.

11.Qüvvədə olan və qüvvədən düşmüş qanunvericilik aktlarını izləyir bu barədə struktur bölmələri məlumatlandırır və müvafiq tədbirlər görür.

12.Güzəşt hüququ olan tələbələrlə iş aparır professor müəllim heyyətinin hüquqi müraciətlərini araşdırır onların hüquqlarının pozulmaması ücün tədbirlər görür və onlara hüquqi yardım göstərir.

13.Qanunvericiliyin tətbiqinə dair məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.

14.ADPU-nun struktur bilmələrinə və ictimai təşkilatlarına hüquqi köməklik göstərir.

15.Məhkəmələrdə iddiacı və cavabdeh qismində ADPU-nun hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir

Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus)

Otaq nömrəsi: 201, 319

Əlaqə nömrəsi: 012 489 19 63

 

No Ad ,Soyad, ata adı Vəzifə
1
Əsgərov Qürbət Ağa  Şöbə müdiri 
2
Nağıyev Zakir Saleh  Baş hüquqşünas
3
Xəlilova Gülnar Fərmayıl  Hüquqşünas

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search