2007–ci ildə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) həyətində Heydər Əliyev Mərkəzi üçün xüsusi bina inşa edilib. 2016–cı ildə AMİ ADPU–ya qoşulduqdan sonra Heydər Əliyev Mərkəzi Pedaqoji Universitetin tərkibinə keçib. ADPU–nun “Səbail” tədris korpusunda 2007–ci ildən fəaliyyət göstərən Heydər Əliyev Muzeyi də 2019–cu ildə universitet rektorunun əmri ilə Heydər Əliyev Mərkəzinin tabeliyinə verilib.
Mərkəzdə və muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar, məcmuələr, fotoşəkillər, arxiv sənədlərinin surətləri və digər eksponatlar toplanıb.
Mərkəzin əsas vəzifəsi ümummilli liderə aid materialları sistemləşdirmək və nümayiş etdirmək, müvafiq mövzularda tədqiqatlar aparmaq, müxtəlif səpkili tədbirlər keçirməklə onun zəngin həyat yolunu, ideya–nəzəri irsini və dövlətçilik təcrübəsini universitetin əməkdaşları, tələbələri və qonaqları, tərəfdaşlıq etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında təbliğ etməkdir.
Hər tədris ilində təsdiq edilən xüsusi plan və qrafik əsasında universitetin müxtəlif fakültələrinin tələbələri Mərkəzə dəvət edilir, onlara ümummilli liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Ulu öndərin doğum günü, Milli Qurtuluş Günü və digər əlamətdar hadisələr ərəfəsində, habelə tədris ilinin müvafiq dövrlərində Mərkəzdə müxtəlif mövzularda konfranslar, seminarlar, dəyirmi masalar, diskussiyalar, müsabiqələr, bilik yarışları və digər tədbirlər keçirilir.
Strukturun yerləşdiyi inzibati bina: 1-ci və 2-ci tədris binası
Email ünvanı:
№ |
Ad, Soyad, Ata adı |
Vəzifə |
1. |
Tahir Süleymanov Veys |
Müdir |
2. |
Aynurə Əsgərova Əli |
Baş mütəxəssis |
3. |
Tərlan Ağayev Əli |
Mütəxəssis |