İnformasiya və kommunikasiya texnologiyaları mərkəzi ADPU-nun rəsmi web səhifəsinin hazırlanması və daimi yenilənməsi, ADPU-da internet və yerli şəbəkələrin çəkilməsi və işlək vəziyyətdə saxlanılması, elektron təhsil platformalarında işin təşkili və təhsilin informasiyalaşdırılması sahəsində digər istiqamətlərdə fəaliyyət göstərir. Halhazırda İKT mərkəzinin direktoru Fərhad Soltan oğlu Mirəliyevdir. Adıçəkilən mərkəzin tərkibində İKT-nin tətbiqi şöbəsi, İstifadəçilərə dəstək bölməsi, Sistem və şəbəkə inzibatçılığı bölməsi və Elektron təhsil bölməsi fəaliyyət göstərirlər:
İKT-nin tətbiqi şöbəsi 15 ildir ki, ADPU-da bütün fakültələr üzrə elektron test sisteminin tətbiqi ilə (VTS Test sistemi və s. ) müxtəlif növ imtahanlar (kollokviumlar, əsas semester imtahanları, əsas və fərqli kredit borcları, dövlət imtahanları və s.) təşkil edir. “İKT-nin tətbiqi” şöbəsi həmçinin universitet üzrə testlərin hazırlanması işinın təşkilinə də nəzarət edir.
İstifadəçilərə dəstək bölməsinin formalaşması ADPU-da informasiya sistemlərinin yaranması və onlara xidmət olunması zərurətindən yaranmışdır. İstifadəçilərə dəstək böl-məsinin fəaliyyətinə son istifadəçilərə İT üzrə dəstəyin göstərilməsi (Help Desk), APDU-nun informasiya sistemlərinin qurulması və daima işlək vəziyyətdə saxlanılması, müntəzəm olaraq mövcud sistemə nəzarət edilməsi daxildir. Həmçinin İstifadəçilərə dəstək bölməsi ADPU-da çalışan inzibati və akademik heyətə İT üzrə bilik və vərdişlərə yiyələnməsinə də yardım edir. Bu məqsədlə müəyyən təbliğat aparılır. İstifadəçilərə dəstək bölməsi avadanlıq və qurğulardan istifadə qaydaları haqqında təlimatı, onlardan istifadə qaydalarını müəyyən edir.
Sistem və şəbəkə inzibatçılığı bölməsi şəbəkə infrastrukturunun təkmilləşdirilməsini, şəbəkə təhlükəsizliyinin təminatını, yeni serverlərin quraşdırılmasını, mövcud serverlərin bərpasını həyata keçirir. Bölmə eyni zamanda bütün avadanlıqların, server resurslarının, sistemlərin və proseslərin təlimat üzrə çalışmasını yoxlayır. Proqram və aparat təminatı ilə bağlı problemlərin təlimat əsasında həllini həyata keçirir. Sistem idarəetmə məsələlərində yeni və mümkün olduqca avtomatlaşdırılmış yanaşmalar tətbiq edir. İstifadəçilər üçün korporativ elektron poçtların yaradılmasını təşkil edir. ADPU-nun daxili şəbəkəsinə və kamera sisteminə texniki dəstək göstərir. ADPU-nun rəsmi web səhifəsini hazırlayır və daima yeniləyir.
Elektron təhsil bölməsi elektron tədris resurslarının tədris prosesində tətbiqinə dəstək vermək, internetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə universitet əməkdaşlarını məlumatlandırmaq, tədris məqsədilə müəllimləri internetdən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslarından istifadəni genişləndirmək, müəllimləri elektron resurslarını yaratmaq, istifadə etmək və inkişaf etdirmək baxımından həvəsləndirmək istiqamətlərində işlər görür.
Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus), otaq 117-118
İKT telefon: +99412 4989584
E-poçt ünvani:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
İnformasiya və kommunikasiya texnologiyaları mərkəzi |
||
N |
Ad və soyadı |
Vəzifəsi |
1 |
Fərhad Mirəliyev |
direktor |
2 |
Fərid Quluzadə |
direktor müavini |
İKT-nin tətbiqi şöbəsi |
||
3 |
Vaqif Əmikişiyev |
şöbə müdiri |
4 |
Cəmilə Süleymanova |
operator |
İstifadəçilərə dəstək bölməsi |
||
5 |
İlkin Qurbanlı |
bölmə müdiri |
6 |
Nicat Axundov |
proqramçı |
7 |
Günay Əhmədova |
mütəxəssis |
8 |
Günel Bayramova |
mütəxəssis |
9 |
Səbinə Nəbiyeva |
mütəxəssis |
10 |
Qumru Rəhimli |
mütəxəssis |
11 |
Hüsniyyə Zeynalova |
mütəxəssis |
12 |
Nərmin Şərifova |
mütəxəssis |
Sistem və şəbəkə inzibatçılığı bölməsi |
||
13 |
Rüfət Əliyev |
bölmə müdiri |
14 |
Samir Verdiyev |
baş mütəxəssis |
15 |
Vüsalə Bağırova |
baş mütəxəssis |
16 |
Rahim Süleymanov |
baş proqramçı |
17 |
Nəriman Süleymanov |
baş proqramçı |
18 |
Elxan Abdullayev |
texnik |
19 |
Ceyhun Bayramlı |
texnik |
Elektron təhsil bölməsi |
||
20 |
Tale Talıbov |
bölmə müdiri |
21 |
Elnarə Allahverdiyeva |
mütəxəssis |
22 |
Səadət Zeynalova |
mütəxəssis |