İnsan Resursları Şöbəsi

insanresurslari

Haqqında
Əlaqə
Əməkdaşları

ADPU-nun  İnsan resursları şöbəsi 1957-ci ildən fəaliyyət göstərir. Şöbəyə 1957-1994-cı illərdə Rəşid Zeynal oğlu Zeynalov, 1994-2016-cı illərdə Nigar Rafiq qızı Rəhimova, 2016-2017-cı illərdə Avtandil Rəhim oğlu Bayramov, 2017-cı ildən Qumral Çingiz qızı Qədimova rəhbərlik edir. Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ hüquqi aktlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlarını rəhbər tutur.

Universitetə kadrların cəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə müxtəlif prosedurlar həyata keçirir. Universitet işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, mövcud vakant ştatların komplektləşdirilməsi, zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət göstərir. ADPU-də təhsilin keyfiyyətinin yüksəldiləsi və müasir standartlara uyğunlaşdırılması üçün müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması qaydaları” təsdiq olunmuşdur. Bu qaydalara əsasən professor-müəllim heyətinin seçimi müsabiqə yolu ilə həyata keçirilir və müəllimlər müvafiq olaraq 5 illik və 1 illik müqavilə yolu ilə işləyirlər. Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları araşdırılır, şöbələrdə və ya kafedralarda vakant olan yerlər elan verilir, işə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsi təmin edilir,  qəbul prosesinə dair sənədləşmələr  aparılır. Qanunvericiliyə müvafiq olaraq əmək müqaviləsi daxil olmaqla, işə qəbul olunma haqda əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsi təmin edilir. Tələb edilən meyarlar əsasında  işçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsilə avtomatlaşdırılması üzrə fəaliyyətini həyata keçirir. Şöbəyə daxil olan işə qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan ərizə və şikayətlərə baxılması və qoyulan məsələlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən dürüstlük, keyfiyyət, bilik, insanpərvərlik, davamlı inkişaf tələb olunur. Universitetin strateji məqsədlərinə müvafiq adekvat insan kapitalını formalaşdırmaq və onların mütəmadi inkişafına nail olmaq məqsədilə əməkdaşların müasir treninq və tədris kurslarında iştirakını təmin edir. Əməkdaşların universitetdaxili və universitetdənkənar formalarda təhsili və inkişafı prosesi təşkil edilir, təhsili üzrə təşkilatı tədbirlər və müvafiq sənədləşmələr aparılır, karyera planlaşması prosesinin təşkili və aparılması həyata keçirilir. Universitet əməkdaşlarının əməkhaqqı hədlərinin təhsil sistemində əməyin ödənişi səviyyəsinə uyğunlaşdırılması və bu sahədə rəqabətliliyin təmin edilməsi istiqamətində təkliflər hazırlanır, fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsi aparılır, bu sahədə müvafiq təkliflər verilir. Hər bir vəzifə və ya vəzifə səviyyəsi üzrə məvaciblər və ümumiyyətlə, universitetin mükafat strukturu üzrə rəhbərliyə təkliflər vermək insan resursları şöbəsinin birbaşa məsuliyyətinə daxildir. Universitet əməkdaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində, əməkhaqqı və motivasiya prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlanır. Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramları tərtib edilir və həyata keçirilir. ADPU əməkdaşlarının və vətəndaşların ərizə və şikayətlərinə müntəzəm  baxılması həyata keçirilir, universitetin bölmələri, kənar təşkilatlar və müəssisələrlə qarşılıqlı əlaqələrin təşkili həyata keçirilir.

Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Səbail korpusu)

Otaq nömrəsi: 109, 110, 111

Əlaqə nömrəsi: 012 498 08 16

Email ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

N

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Qumral Qədimova Çingiz

Şöbə müdiri

2.

Kifayət Qurbanova Əziz

Kadrlar üzrə baş mütəxəssis

3.

Səkinə Abdurəhmanova Məmmədağa

Kadrlar üzrə baş mütəxəssis

4.

Aysel İbrahimova Arzu

Kadrlar üzrə baş mütəxəssis

5.

Rəvanə Rəsuliva Habil

Kadrlar üzrə baş mütəxəssis

6.

İlahə Nağıyeva Aydın

Kadrlar üzrə baş mütəxəssis

7.

Nigar Qasımı Eldar

Kadrlar üzrə baş mütəxəssis

8.

Rəna Qaralova Nəsr

Bölmə müdiri

9.

Sevda Ağamirzəyeva Nurulla

Nəzarətçi

10.

Ayşən Bayramova Arif

Nəzarətçi

11.

Səidə Səlimova Məlikməmməd

Nəzarətçi

12.

Zəhra Əhmədova Elşən

Nəzarətçi

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin