Pedaqoji Universitetdə inzibati-təsərrüfat şöbəsi 1930-cu ildən fəaliyyət göstərir. Hazırda şöbədə 153 nəfərlik texniki heyət iş başındadır.
Şöbə ADPU-nun korpuslarında (“Səbail”, “Gənclik”, “Nəsimi”, “Təbriz”) təsərrüfat xidmətini həyata keçirir, liftlərin, işıqlandırma sisteminin, ventilyasiyanın (laboratoriyalarda) saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir.
Korpuslar üzrə tədris binalarında aparılan təmir işlərinin keyfiyyətlə icra olunmasına, bütün otaqların normal işıqlandırma, istilik sistemləri, sanitar qovşaqlarının santexnika infrastrukturu ilə təmin edilməsinə, struktur bölmələrinin iş otaqlarının, auditoriyaların zəruri inventar və mebellə təchiz edilməsinə, onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət edir.
Xidməti işlər üzrə müqavilələrin bağlanılmasına, dəftərxana ləvazimatlarının, təsərrüfat materiallarının, avadanlığın, inventarların alınması və saxlanılmasına, sahələrin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, inventarizasiyanın aparılmasına rəhbərlik edir, yanğından mühafizə tədbirlərini yerinə yetirir, yanğından müdafiə avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin edir. Universitetin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Pedaqoji Universitetin auditoriyalarında, yataqxana və yeməkxanalarında sanitar-gigiyenik vəziyyətə nəzarət edir.
Pedaqoji Universitetin Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən 4 tədris korpusu hər birinin təsərrüfat fəaliyyətini tənzimləyən komendantı vardır.
Universitetin Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 5 yataqxanasında 626 məcburi köçkün ailəsi (2315 nəfər) məskunlaşıb. Bu da əksəriyyəti regionlardan olan tələbələrin sosiallaşmasına, keyfiyyətli təhsil almasına, tələbə və müəllimlərin mobilliyinə, xarici ölkə tələbələrinin ADPU-ya cəlb edilməsinə ciddi təsir edir.
Pedaqoji Universitet böyük infrastruktura malikdir. Binaların əksəriyyəti köhnə olduğundan, mütəmadi olaraq təmirə ehtiyac yaranır. Son illərdə “Səbail” korpusunun 3-cü mərtəbəsində əsaslı təmir işləri görülmüşdür. Bütün istilik xətləri, elektrik təchizatı yenilənmiş, binanın dam hissəsində 800 kv/m-dək sahə, 26 auditoriya, 16 iş otağı əsaslı təmir edilmişdir. Təmir edilən auditoriyaların hamısı yeni parta, lövhə və digər avadanlıqlarla təchiz olunmuşdur. 14 mərtəbəli tədris binasının fasad üzlüyü yanğına davamlı, kompozit keramik materialla üzlənmiş, bütün qapı və pəncərələr daha keyfiyyətlisi ilə əvəz edilmişdir. Binanın üzlüyünün dəyişdirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir. ADPU-nun çoxminli kollektivi bu faktı ölkə rəhbərliyinin təhsilə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığına diqqət və qayğısının təzahürü kimi dəyərləndirir.
Sturukturun yerləşdiyi inzibati bina: 1-ci tədris binası
Otaq nömrəsi: 103
Email ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
N |
Ad, Soyad, Ata adı |
Vəzifə |
1. |
Səməd Abdullayev İsmayıl |
Şöbə müdiri |
2. |
Çinar Qaybalıyev Məhəmməd |
Müdir müavini |
3. |
İkram Aslanov Namiq |
Baş mütəxəssis |
4. |
Fikrət Qurbanov Paşa |
Mütəxəssis |
5. |
Nüşabə Cəmşidova Məhəmmədəli |
Mütəxəssis |
6. |
Naibə Nurəliyeva Rasim |
Mütəxəssis |
7. |
Eynur Mütəllimli Xəqani |
Mühasib |
8. |
Səranə Hüseynova Sənan |
Baş anbardar |
9. |
Rəfiqə Quliyeva Nazim |
Anbardar |
10. |
Məhəbbət Həsənova Cəfər |
Operator |
11. |
Vaqif Allahverdiyev Əli |
Komendant |
12. |
Gündüz Rüstəmov Bəhman |
Komendant |
13. |
Elgiz Məmmədov Araz |
Komendant |
14. |
Zümrüd Quliyeva Rüstəm |
Komendant |
15. |
Gülsəhər Rzayeva Əlibaba |
Komendant |
16. |
Əli Hacıyev Yusif |
Komendant |
17. |
Aysel Hüseynova Tofiq |
Komendant |
18. |
Nadya Allahyarova Əli |
Komendant |