2022-ci ilin sentyabrında ADPU-nun Elmi şurasının qərarı ilə universitetin fəaliyyətinin geniş işıqlandırılması və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi məqsədi ilə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi yaradılmışdır.
2006-ci ildə universitetin ölkənin kütləvi informasiya vasitələri ilə sıx əlaqələrinin qurulması və universitetin mədəni-kütləvi, elmi-pedaqoji həyatının işıqlandırılması məqsədi ilə Mətbuat və informasiya şöbəsi yaradılmışdır. Şöbəyə 2006-2019-cu illərdə tanınmış jurnalist Mənsur İbrahimli rəhbərlik etmişdir. 2017-ci ildə şöbənin adı dəyişdirilərək İctimaiyyətlə əlaqələr və marketinq adlandırılmışdır.
2021-ci ilin mart ayında İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinə birləşdirilməsi nəticəsində daha geniş səlahiyyətlərə malik Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmışdır. Şöbəyə Turan Kərimli rəhbərlik etmişdir. 2022-ci ilin sentyabrında təkmilləşdirmə işləri ilə əlaqədar olaraq müstəqil İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi yaradılmışdır. Şöbəyə 2022-2024-cü illərdə Cavid Hüseynov (mətbuat katibi) rəhbərlik etmişdir. Hazırda şöbəyə Taleh Mirzəyev (mətbuat katibi) rəhbərlik edir.
Şöbə:
1) Universitetin gündəlik fəaliyyəti, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edir;
2) ADPU-nu yerli və beynəlxalq mədəni-kütləvi tədbir və layihələrdə təmsil edir;
3) universitetin rəsmi sosial media hesablarını (facebook, instagram, twitter, telegram, youtube və s) idarə edir;
4) universitetin fəaliyyətinin təbliğinə dair çap materialları hazırlayır;
5) Universitetin rəsmi www.adpu.edu.az saytının məzmununu idarə edir və məlumatrların mütəmadi yenilənməsini təmin edir;
6) Universitet həyatını kütləvi informasiya vasitələrində təbliğ edir;
7) Universitetin orqanı olan “Gənc müəllim” qəzetini nəşr edir;
8) Media monitorinqini aparır və s.
Universitetin tələbələr və ictimaiyyətlə əlaqələrini inkişaf etdirmək məqsədi ilə sosial media marketinq komandası yaradılmışdır. 2020-ci ilin oktyabrından universitetin rəsmi sosial media hesabları yenidən qurulub, instagram və twitterdə vahid rəsmi səhifələr yaradılıb, universitetin rəsmi telegram kanalı istifadəyə verilib. Fərqli konseptdə və operativ fəaliyyət göstərən səhifələr tələbələr arasında böyük auditoriya toplamağa, facebook, instagram, telegram, twitter və youtubedə minlərlə real izləyici kütləsinin diqqətini cəlb etməyə nail olub.
Universitetin mətbu orqanı olan “Gənc müəllim” qəzeti yeni üslub və dizaynda rəngli formada çap və elektron qaydada dərc edilməyə başlanıb. KİV-lə əlaqələr son illərdə daha intensiv xarakter alıb. Universitetin fəaliyyəti müxtəlif informasiya agentlikləri tərəfindən müntəzəm olaraq işıqlandırılır. 100 illik yubileylə əlaqədar olaraq “Youtube” platformasında universitetin “ADPU TV” adlı onlayn televiziyası istifadəyə verilib. Davamlı fəaliyyətə başlayan bu layihənin müəllifləri, kanalın yayım və texniki heyəti könüllü tələbələrdən ibarətdir.
ADPU SMM komandasının rəsmi telegram kanalına əlavə etdiyi “ADPUbot” süni intellekt botu ilə tələbələr onları maraqlandıran suallara cavab alırlar.
Şöbədə hazırda 3 nəfər əməkdaş çalışır.
Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Səbail korpusu)
Otaq nömrəsi: 101
Əlaqə nömrəsi 012 498 18 41
№ |
Ad, soyad, ata adı |
Vəzifəsi |
Əlaqə (tel, e-poçt) |
1. |
Mirzəyev Taleh Əlizamin oğlu |
Şöbə müdiri |
+994513432822 |
2. |
İsrayılzadə Məhəmməd Azər oğlu |
Redaktor |
+994509945918 |
3. |
Vahidov Elvin Eldəniz oğlu |
Dizayner |
+994709706929 |
4. |
Səmədov Nurlan İftixar oğlu |
Fotoqraf |
+994557502070, +994777502070 |