İnformasiya və kommunikasiya texnologiyaları mərkəzi ADPU-nun rəsmi web səhifəsinin hazırlanması və daimi yenilənməsi, ADPU-da internet və yerli şəbəkələrin çəkilməsi və işlək vəziyyətdə saxlanılması, elektron təhsil platformalarında işin təşkili və təhsilin informasiyalaşdırılması sahəsində digər istiqamətlərdə fəaliyyət göstərir. Halhazırda İKT mərkəzinin direktoru Fərhad Soltan oğlu Mirəliyevdir. Adıçəkilən mərkəzin tərkibində İstifadəçilərə dəstək şöbəsi və Sistem və şəbəkə inzibatçılığı şöbəsi fəaliyyət göstərir:
İstifadəçilərə dəstək şöbəsinin formalaşması ADPU-da informasiya sistemlərinin yaranması və onlara xidmət olunması zərurətindən yaranmışdır. İstifadəçilərə dəstək şöbəsinin fəaliyyətinə son istifadəçilərə İT üzrə dəstəyin göstərilməsi (Help Desk), APDU-nun informasiya sistemlərinin qurulması və daima işlək vəziyyətdə saxlanılması, müntəzəm olaraq mövcud sistemə nəzarət edilməsi daxildir. Həmçinin İstifadəçilərə dəstək şöbəsi ADPU-da çalışan inzibati və akademik heyətə İT üzrə bilik və vərdişlərə yiyələnməsinə də yardım edir. Bu məqsədlə müəyyən təbliğat aparılır. İstifadəçilərə dəstək şöbəsi avadanlıq və qurğulardan istifadə qaydaları haqqında təlimatı, onlardan istifadə qaydalarını müəyyən edir.
Sistem və şəbəkə inzibatçılığı şöbəsi şəbəkə infrastrukturunun təkmilləşdirilməsini, şəbəkə təhlükəsizliyinin təminatını, yeni serverlərin quraşdırılmasını, mövcud serverlərin bərpasını həyata keçirir. Şöbə eyni zamanda bütün avadanlıqların, server resurslarının, sistemlərin və proseslərin təlimat üzrə çalışmasını yoxlayır. Proqram və aparat təminatı ilə bağlı problemlərin təlimat əsasında həllini həyata keçirir. Sistem idarəetmə məsələlərində yeni və mümkün olduqca avtomatlaşdırılmış yanaşmalar tətbiq edir. İstifadəçilər üçün korporativ elektron poçtların yaradılmasını təşkil edir. ADPU-nun daxili şəbəkəsinə və kamera sisteminə texniki dəstək göstərir. ADPU-nun rəsmi web səhifəsini hazırlayır və daima yeniləyir. Şöbə həmçinin elektron tədris resurslarının tədris prosesində tətbiqinə dəstək vermək, internetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə universitet əməkdaşlarını məlumatlandırmaq, tədris məqsədilə müəllimləri internetdən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslarından istifadəni genişləndirmək, müəllimləri elektron resurslarını yaratmaq, istifadə etmək və inkişaf etdirmək baxımından həvəsləndirmək istiqamətlərində işlər görür.
Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus), otaq 132-133
İKT telefon:+99412 4989584
E-poçt ünvani:
No | Ad ,Soyad, ata adı | Vəzifə |
1 | Fərhad Mirəliyev Soltan | Direktor |
İstifadəçilərə dəstək şöbəsi | ||
2 | İlkin Qurbanlı Murad | Şöbə müdiri |
3 | Nicat Axundov Etibar | Proqramçı |
4 | Nərmin Şərifova Bəhram | Mütəxəssis(texniki xidmət üzrə) |
5 | Günay Əhmədova Yusif | Mütəxəssis(texniki xidmət üzrə) |
6 | Hüsniyyə Zeynalova Rövşən | Mütəxəssis(texniki xidmət üzrə) |
7 | Səbinə Nəbiyeva Ramazan | Mütəxəssis(texniki xidmət üzrə) |
8 | Fidan Ələkbərzadə Azər | Mütəxəssis |
9 | Nuranə Rzaquliyeva Sədrəddin | Texnik |
Sistem və şəbəkə inzibatçılığı şöbəsi | ||
10 | Rahim Süleymanov Camal | Baş proqramçı |
11 | Ziya Əliyev İftixar | Baş sistem inzibatçısı |
12 | Tofiq Orucov Bəhram | Sistem inzibatçısı |
13 | Nicat Eyvazov Mübariz | Şəbəkə inzibatçısı |
14 | Vüsalə Bağırova Feyzulla | Baş mütəxəssis |
15 | Elnarə Allahverdiyeva Nizami | Baş mütəxəssis |
16 | Səadət Zeynalova Ağasəf | Mütəxəssis |
17 | Aynur Hacıyeva Habil | Mütəxəssis |
18 | Rüfət Əliyev Arzu | Baş texnik |
19 | Elxan Abdullayev Səməd | Texnik |