Pedaqoji Universitetdə inzibati-təsərrüfat şöbəsi 1930-cu ildən fəaliyyət göstərir.
ADPU-nun Elmi Şurasının qərarına əsasən, 2022-ci ilin sentyabrında şöbənin bazasında İnzibati departament yaradılmışdır. Departamentin tərkibində Təsərrüfat şöbəsi, Təhcizat və satınalmalar bölməsi və SƏTƏM bölməsi fəaliyyət göstərir.
Hazırda departamentdə ümumilikdə 153 nəfərlik texniki heyət iş başındadır.
Departament ADPU-nun korpuslarında (“Səbail”, “Gənclik”, “Nəsimi”, “Təbriz”) təsərrüfat xidmətini həyata keçirir, liftlərin, işıqlandırma sisteminin, ventilyasiyanın (laboratoriyalarda) saz vəziyyətdə olmasını, əməkdaşların səmərəli işləməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir.
Korpuslar üzrə tədris binalarında aparılan təmir işlərinin keyfiyyətlə icra olunmasına, bütün otaqların normal işıqlandırma, istilik sistemləri, sanitar qovşaqlarının santexnika infrastrukturu ilə təmin edilməsinə, struktur bölmələrinin iş otaqlarının, auditoriyaların zəruri inventar və mebellə təchiz edilməsinə, onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət edir.
Xidməti işlər üzrə müqavilələrin bağlanılmasına, dəftərxana ləvazimatlarının, təsərrüfat materiallarının, avadanlığın, inventarların alınması və saxlanılmasına, sahələrin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, inventarizasiyanın aparılmasına rəhbərlik edir, yanğından mühafizə tədbirlərini yerinə yetirir, yanğından müdafiə avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin edir. Universitetin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Pedaqoji Universitetin auditoriyalarında, yataqxana və yeməkxanalarında sanitar-gigiyenik vəziyyətə nəzarət edir.
Pedaqoji Universitetin Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən 4 tədris korpusu hər birinin təsərrüfat fəaliyyətini tənzimləyən komendantı vardır.
Universitetin Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 5 yataqxanasında 626 məcburi köçkün ailəsi (2315 nəfər) məskunlaşıb. Bu da əksəriyyəti regionlardan olan tələbələrin sosiallaşmasına, keyfiyyətli təhsil almasına, tələbə və müəllimlərin mobilliyinə, xarici ölkə tələbələrinin ADPU-ya cəlb edilməsinə ciddi təsir edir.
Pedaqoji Universitet böyük infrastruktura malikdir. Binaların əksəriyyəti köhnə olduğundan, mütəmadi olaraq təmirə ehtiyac yaranır. Son illərdə “Səbail” korpusunun 3-cü mərtəbəsində əsaslı təmir işləri görülmüşdür. Bütün istilik xətləri, elektrik təchizatı yenilənmiş, binanın dam hissəsində 800 kv/m-dək sahə, 26 auditoriya, 16 iş otağı əsaslı təmir edilmişdir. Təmir edilən auditoriyaların hamısı yeni parta, lövhə və digər avadanlıqlarla təchiz olunmuşdur. “bp Azərbaycan” şirkətinin dəstəyi ilə universitetin Kitabxana-İnformasiya Mərkəzi ən müasir standartlara uyğun olaraq qurulmuşdur. Hazırda korpusda internet xətləri tamamilə yenilənir, 1-ci mərtəbədə əsaslı təmir işləri aparılır.
14 mərtəbəli tədris binasının fasad üzlüyü yanğına davamlı, kompozit keramik materialla üzlənmiş, bütün qapı və pəncərələr daha keyfiyyətlisi ilə əvəz edilmişdir. Binanın üzlüyünün dəyişdirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir. ADPU-nun çoxminli kollektivi bu faktı ölkə rəhbərliyinin təhsilə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığına diqqət və qayğısının təzahürü kimi dəyərləndirir.
Sturukturun yerləşdiyi inzibati bina: Üzeyir Hacıbəyli 68
Otaq nömrəsi: 103
Email ünvanı:
No | Ad ,Soyad, ata adı | Vəzifə |
1 | Səməd Abdullayev İsmayıl | Direktor |
2 | Çinar Qaybalıyev Məhəmməd | Direktor müavini |
Təsərrüfat şöbəsi | ||
3 | Əli Hacıyev Yusif | Şöbə müdiri |
4 | Zabil Mikayılov Cəlil | Sahil korpusunun komendatı |
5 | Gündüz Rüstəmov Bəhman | Gənclik korpusunun komendantı |
6 | Elgiz Məmmədov Araz | Nəsimi korpusunun komendantı |
7 | Aslanov Adil İkram | Təbriz korpusunun komendantı |
8 | Gülsəhər Rzayeva Əlibaba | Tələbə yataqxanasının komendantı |
9 | Səranə Hüseynova Sənan | Baş anbardar |
10 | Rəfiqə Quliyeva Nazim | Anbardar |
11 | Naibə Nurəliyeva Rasim | Mütəxəssis |
12 | Məhəbbət Həsənova Cəfər | Operator |
13 | Vaqif Allahverdiyev Əli | Baş mühəndis |
SƏTƏM(Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf mühit) | ||
14 | Nüşabə Cəmşidova Məhəmmədəli | Baş mütəxəssis |
15 | Günel Bayramova Ənvər | Mütəxəssis |
Satınalma və təchizat bölməsi | ||
16 | İkram Aslanov Namiq | Bölmə müdiri |
17 | Elşən İsayev Nazim | Mütəxəssis |
18 | Kənan Bayramov Aydın | Mütəxəssis |
İdman klubu | ||
19 | Araz Xəlilov Şirzad | Klub müdiri |
20 | Fərid Məmmədov Kamil | Məşqçi |
21 | Mehrəli Nəzərov Avıd | Məşqçi |