Könül İsaq qızı Pirverdiyeva
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru
Korporativ telefon: (+994 (0)12 493 35 05 (daxili nömrə 413)
Korporativ e-poçt: [email protected]
Ünvan: Bakı, Fətəli xan Xoyski pr., 109A (ADPU-nun V tədris binası)
 
25 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olub.
Ümumi orta təhsilini Bakı şəhəri Xətai rayonu 27 №-li orta məktəbdə (1993-1999) və akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılan 147 №-li texniki-humanitar liseydə (1999-2004) alıb.
Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavriatura səviyyəsində (2004-2008), Bakı Slavyan Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura səviyyəsində (2009-2011) təhsil alıb. Magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. “Ali məktəblərdə kredit sisteminin tətbiqi tələbə nailiyyətinin asas amili kimi” mövzusunda magistr dissertasiyası müdafiə edib. Təhsil illərində “BSU-nun Fəxri məzunu” adlı Fəxri fərmanla təltif edilib.
2012-ci ildə Koliforniya Universitetinin (University ofCalifornia Los Angeles, UCLA Extension) “Kurikulum inkişafi və sinfin idarə edilməsi” (Curriculum Development & Classroom Management) kursunu bitirib. 2024-cü ildə London Biznes İdarəetmə Məktəbinin (London School of Business Administration) “Liderlik və İdarəetmə Proqramı” (Leadership and Management Programme) üzrə “Qabaqcıl Peşəkar Sertifikatı” (Advanced Professional Certificate) qazanıb.
2011-2015-ci illərdə Bakı Slavyan Universitetində ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (5804.01) ixtisası üzrə doktorantura təhsili alıb. “Ali məktəbdə innovasiyalar tətbiq olunmaqla təlim prosesinin idarə edilməsinin elmi-pedaqoji əsasları” adlı dissertasiya mövzusu üzərində işləyir.
2016-cı ildə ABŞ Dövlət Departamentinin təşkil etdiyi “ABŞ-da dərslik və tədris proqramlarının hazırlanması” istiqaməti üzrə təqaüd proqramının məzunudur.
2019-cu ildən Türkiyə hökümətinin dövlət təqaüdü ilə Ankara şəhərində yerləşən Başkənd Universitetinin Təhsil İnstitutunda (Eğitim Bilimleri Enstitüsü) təhsilin idarə olunması ixtisası üzrə ikinci doktorantura təhsili alır.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Şurasında ümumi şöbə müdiri, həmçinin şuranın yayımladığı “Təhsil və zaman” qəzetində köşə yazarı olaraq başlayıb. 2012-ci ildə Təhsil Problemləri İnstitutunda Kurikulum Mərkəzində elmi işçi, ibtidai siniflərdə “Həyat bilgisi” fənni üzrə işçi qrupun rəhbəri olub. 2013-cü ildə Bakı Modern Məktəbində ibtidai sinif müəllimi, 2014-cü ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Təhsildə innovasiyalar mərkəzində mütəxəssis, sonralar baş mütəxəssis kimi çalışmışdır. 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun Təhsildə İnnovasiyalar Mərkəzində müdir, 2017-ci ildə Təhsil İnstitutunda Psixoloji xidmət şöbəsinin müdiri vəzifələrində çalışıb. ADPU-da (2016-cı ildən indiyədək) “Təhsilin idarə olunması”, “Təhsil siyasəti və qanunvericiliyi”, “Sinfin idarə olunması”, ADBTİA-da (2018) “Pedaqogika tarixi” fənlərini tədris etmişdir. Həmçinin Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvüdür.
2015-ci ildən Təhsil Nazirliyində milli və beynəlxalq qiymətləndirmə (PIRLS, PISA, TIMSS, ICILS, TALIS, IELS) tədqiqatlarında milli koordinator olaraq çalışır. ABŞ, Honqkonq, Almaniya, Malta, Avstriya, Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya və s. ölkələrdə beynəlxalq təlim və seminarlarda iştirak etmişdir.
UNİCEF-in müxtəlifillərdə təşkil etdiyi “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması və “Məktəb uşağın dostu” prinsiplərinin tətbiqi”, “İbtidai siniflər üçün yeni kurikulum və fəal təlimə giriş kursu üzrə təlimçilərin hazırlanması” və  “Məktəbəqədər təhsil kurikulumu üzrə öyrədənlərin öyrədəni proqramı”nın təlimçisi olmuşdur.
2015/2016-cı tədris ilindən “Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafi layihəsi”nin rəhbəridir. Təhsil Nazirliyinin Təhsildə inkişaf  və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi, “Məktəb inspeksiyası - dəyərləndirmə, nəzarət və inkişaf”, “Əyləncəli riyaziyyat - ibtidai siniflərdə riyaziyyat fənninin yeni təlim üsulları ilə tədrisi”, “Ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi”, “Beynəlxalq qiymətləndirmə tədqiqatları (TIMSS, PISA, PIRLS) əsasında şagirdlərin oxu və riyazi bacarıqlarının inkişaf etdirilməsi” kimi layihələrdə müəllif və məzmun eksperti olub. 2022-ci ildən Elm və Təhsil Nazirliyi və ADPU Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunan “Məktəb Liderliyi Proqramı”nın layihə rəhbəridir.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 25 iyun 2021-ci il tarixli müvafiq əmrilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.
“İbtidai təhsil səviyyəsi üzrə oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi”, “Smulyativ tapşırıqlar əsasında riyaziyyatın tədrisi və qiymətləndirilməsi”, “Müəllimin əl kitabı: Sinfin idarə olunması”  adlı tədris vəsaitlərinin müəllifi və redaktoru, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.
Azərbaycan RespublikasıTəhsil Nazirliyinin 5 mart 2018-ci il tarixli qərarı ilə PİRLS-2016 beynəlxalq tədqiqatının təşkili, pilot və əsas mərhələlərinin keçirilməsi, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 29 dekabr 2021-ci il tarixli 1535 №-li əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search