planlasdirma

“Keyfiyyətin Təminatı” şöbəsi 2018-ci 14 sentyabr tarixində yaradıldı. 2019-cu ildə 6 martda isə universitetin rektoru Prof. Cəfər Cəfərov tərəfindən  şöbənin əsasnaməsi təsdiqləndi. Bu şöbə universitetdə təhsil, tədris, professor-müəllim heyətinin dünya ilə müqayisədə rəqabətliliyinin artırılması, tələbələrin sosiallaşması və beynəlxalq aləmə inteqrasiya olunması, habelə universitetin mükəmməl idarəetmə sisteminin təşkili istiqamətlərində nəzarət və təhlillər həyata keçirməli və bunun əsasında məqsədyönlü, təkmilləşdirici layihələr hazırlamalıdır. Universitetdə “Keyfiyyətin Təminatı” şöbəsinin missiyası keyfiyyətin artırılması və davamlı təkmilləşdirilməsi yolu ilə universitetdə ən yüksək keyfiyyətli tədris, tədris planları, tədqiqat və idarəetmə işlərinin aparılması habelə buna nail olmaq üçün ən yüksək keyfiyyətli sistem və prosedurların təmin edilməsi kimi fəaliyyətlərin həyata keçirilməsidir. Keyfiyyət Təminatı şöbəsinin əsas vəzifəsi universitetin bütün səviyyələrində keyfiyyət zəmanətinə inzibati və əsaslı dəstək vermək, institusional və müəllim heyətinin akkreditasiya proseslərini və məzmununu dəstəkləməkdir. “Keyfiyyətin Təminatı” şöbəsi yarandığı gündən bu günə kimi üç dəfə Professor-müəllim heyətinin fəaliyyətini 70 meyar üzrə müəyyən ballarla qiymətləndirmişdir.

Sturukturun yerləşdiyi inzibati bina: Sahil korpusu, 2-ci mərtəbə, 204 nömrəli otaq.

N

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Qalib Şərifov

Şöbənin müdiri

2.

Lətif Kəngərlinskiy

Baş mütəxəssis

3.

Nigar Əmənova

Baş mütəxəssis

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search