planlasdirma

Azərbaycan Dövlət Pedaqoji Universiteti mürəkkəb və şərəfli bir yol keçmiş, respublikamızda maarifin, elmin, milli mədəniyyətin təşəkkülü, təkamülü və hərtərəfli inkişafı sahəsində xüsusi xidmətlər göstərmişdir.  26 Avqust 1921 -ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun “Ali Pedaqoji Kişi İnstitutunun təşkili haqqında” dekreti əsasında təşkil edilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2021-ci ildə 100 yaşı tamam oldu. Pedaqoji Universitet fəaliyyət göstərdiyi illər ərzində 160 mindən artıq yüksək ixtisaslı müəllim kadrları hazırlamışdır. Universitet yarandığı gündən kitabxana da yaranmışdır. İlk dövrlərdə kitabxana fondu müəllimlərin mühazirə mətnləri hesabına formalaşırdısa, hazırda kitabxananın fondunda təxminən 750 000-dən çox nüsxə çap məhsulu mühafizə olunur. Mərkəzin fondu kitab, kitabçalar, elmlər doktoru dissertasiyaları, fəlsəfə doktoru dissertasiyaları, magistr dissertasıyaları, avtoreferatlar, dövri-elmi nəşrlər, xaricdə nəşr olunmuş jurnallar və bir çox çap məhsulları ilə zəngindir. Eyni zamanda fondda Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb, fars, türk dillərində ədəbiyyatlar mövcuddur. Kitabxana fondunun zənginliyinə, oxucu sayına, nadir və qiymətli kitablara görə respublika ali məktəb kitabxanaları arasında öncüllərdəndir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın kitab abidələri” elektron nəşrində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana-İnformasiya Mərkəzində mühafizə olunan 116 adda nadir və qiymətli kitab qeydiyyata alınmışdır.

Ümummilli lider H.Əliyev kitabxanaları “xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, zəka mənbəyi” adlandırmışdır. Kitaba və kitabxanaya böyük qiymət verən ümummilli lider özü də bir çox dünya başçısına müyəssər olmayan qiymətli, çoxcildli kitabların müəllifi kimi tanınmışdır. H.Əliyevin təşəbbüsü ilə respublikamızda mədəniyyətin ayrı-ayrı sahələri haqqında qanunlar qəbul edilmişdir.

1999-cu ildə “Kitabxana işi haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş kitabxana siyasətini son illərdə respublikamızın Prezidenti İlham Əliyev böyük məhəraətlə həyata keçirir.

20 aprel 2007-ci ildə Prezidentin imzaladığı “Azərbaycanda Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı bir daha sübut edir ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də apardığı siyasətin layiqli davamçısıdır.

ADPU -nun Elmi Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarı ilə Universitetin Kitabxana-İnformasiya Mərkəzinin Əsasnaməsi təstiq edilmişdir. Kitabxana-İnformasiya Mərkəzində hazırda 27 əməkdaş  “Oxuculara xidmət ”, “Komplektləşdirmə və kitabişləmə”, ”Biblioqrafiya və İnformasiya”, “Elektron resurs və elektron kataloqun təşkili” şöbələrində oxuculara xidmət edir.

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu 751730 nüsxədir. Bura kitab fondundan başqa (elmlər doktoru dissertasiyaları, fəlsəfə doktoru dissertasiyaları, magistr dissertasiyaları, avtoreferatlar, jurnallar) digər çap məhsulları da aiddir.

Mərkəzin kitab fondu 676038 nüsxədir.

 Qeydiyyata alınmış və elektron kataloqa daxil edilmiş latın qrafikası ilə nəşr olunmuş kitabların sayı 65834 nüsxədir.

Hal-hazırda elektron kataloqda ümumilikdə 12818 adda kitab 81742 nüsxə ədəbiyyat öz əksini tapır.

Mərkəzin rəqəmsallaşması ilə əlaqədar olaraq 2630 adda dərslik və dərs vəsaitlərinin pdf-ləri mövcudur.

Kitabxana-İnformasiya Mərkəzinə mütəmadi olaraq daxil olan ADPU-nun nəşrlərindən “Pedaqoji Universitetin Xəbərləri” jurnalının “Riyaziyyat və təbiət elmləri “ seriyası, “Hümanitar, ictimai və pedaqoji-psixoloji elmlər” seriyası, “Tarix, insan və cəmiyyət” elmi-nəzəri və elmi-metodik jurnalı, “Musiqi elmi,mədəniyyət və təhsilin aktual problemləri” jurnalı, “Təhsildə İKT”, "Magistrant" dövri-elmi jurnal, “Fizika, riyaziyyat və informatika tədrisi” elmi-nəzəri və metodik məcmuə, “Linqvistika problemləri” beynəlxalq elmi jurnalı və s. jurnallar professor-müəllim heyətinin daim müraciət etdiyi resurslardır.

4 oktyabr 2021-ci il tarixdə Mərkəzin 6 saylı xidmət bölməsi Təhsil İnstitutunun Təlim-Tədris Mərkəzində ADPU-nun SABAH magistratura proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı çərçivəsində fəaliyyətə başlamışdır.

Müasir dövrdə kitabxanaların üzərinə informasiya sənayesinin inkişaf prosesinə birmənalı şəkildə təsir və inteqrasiya edərək ənənəvi məlumat məhsulları ilə bərabər Avtomatlaşdırılmış Kitabxana-İnformasiya sistemlərinin (AKİS) tətbiqindən bəhrələnib müasir məzmunlu məlumatların əldə edilməsi, qorunması və ötürülməsi kimi vəzifələr düşür.

Kitabxana işinin keçmiş ənənələri müasir üsullarla bu gün də davam etdirilməlidir. Lakin müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalarda elektron kataloqun, elektron kitabxananın təşkili, məlumat bazalarının yaradılması, oxuculara yeni virtual xidmətin təqdim edilməsi kitabxanaların qarşısında duran prioritet məsələlərdəndir.

ADPU rəhbərliyi bu prioritet məsələləri nəzərə alaraq 2021–ci ildə Elm və Təhsil Nazirliyinin və universitet rəhbərliyinin təşəbbüsü, BP şirkətinin maliyyə dəstəyi ilə əsas tədris binasında olan Kitabxana-İnformasiya Mərkəzinin yüksək səviyyədə təmir olunması ilə yanaşı qabaqcıl texnologiyaların tətbiq olunması, həmçinin kitabxananın rəqəmsallaşması prosesi həyata keçirilməsinə başlanmışdır.Mərkəzdə tətbiq olunamuş Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) RUSLAN-NEO proqram təminatı vasitəsi ilə kitabxananın bütün fonduna nəzarət etmək imkanı yaranmışdır. Sistemdə    müasir kitabxana texnologiyaları korporativ kataloqlaşdırma, Online axtarış, elektron mətn bazasından birgə  istifadə, elektron sifariş  və  göndəriş, oxucuların və  ədəbiyyatın  ştrix-kodla identikləşməsi, Online adminstrasiya xidməti və  s. tətbiq olunmuşdur.

Sistemdə  Komplektləşdirici-Kataloqdaqlaşdırıcı, Kitab verilişi, Oxucu, Sistem adminstratoru avtomatlaşmış  İşçi Yerləri (AİY) nəzərdə tutulmuşdur. Əlavə olaraq proqram təminatı, universitetin tələbə qeydiyyat bazası ilə inteqrasiya olunmuşdur.

2019-cu ildən Kitabxana-İnformasiya Mərkəzinin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Hər bir internet istifadəçisi kitabxananın Web səhifəsi vasitəsilə onun elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.

Kitabxana-İnformasiya Mərkəzi 5 tədris binasında 6 xidmət bölməsi və 6 oxu zalı ilə oxuculara xidmət edir.

Yaz və qış imtahan sessiyası müddətində Kitabxana İnformasiya Mərkəzi saat 8.30-21.00-dək, şənbə günü 09:00-15:00–dək oxuculara xidmət edir.

Strukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus)

Əlaqə nömrəsi: (012) 498-85-21

Email ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

N

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Zinharə Həsənova

KİM direktoru

Kompleksləşdirmə və kitabiləşmə şöbəsi

2.

Sürəya Mustafayeva

Baş biblioqraf

3.

Şəkurə Xanlarova

Böyük kitabxanaçı

4.

Gülər Ağarzayeva

Baş kitabxanaçı

Oxuculara xidmət işləri şöbəsi

5.

Nüşabə Bayramova

Böyük kitabxanaçı

6.

Sevda Talıbova

Böyük kitabxanaçı

7.

Qəribə Şirəliyeva

Böyük kitabxanaçı

8.

Rəna Hüseynova

Baş kitabxanaçı

9.

Fəxridə Mikayılova

Baş kitabxanaçı

10.

Sevinc Əsədova

Baş kitabxanaçı

11.

Sevda Aslanlı

Kitabxanaçı

12.

Kəmalə Orucova

Kitabxanaçı

13.

Ruhəngiz Zəlzadə

Kitabxanaçı

Biblioqrafiya və İnformasiya şöbəsi

14.

Nüşabə Əmirəliyeva

Şöbə müdiri

15.

Arifə Məhyəddinova

Baş bibloqraf

Elektron resurs və Elektron kataloqun təşkili şöbəsi

16.

Mehman İmanov

Şöbə müdiri

17.

Bəyaz Səmədbəyli

Böyük kitabxanaçı

18.

Türkan Qasımova

Baş kitabxanaçı

19.

Əsmət Rəsulova

Kitabxanaçı

20.

Zülfiyyə Əhmədova

Kitabxanaçı

21.

Gültəkin Yusubova

Kitabxanaçı

22.

Xəyalə Qəhrəmanova

Kitabxanaçı

23.

Qumru Orucova

Kitabxanaçı

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search