Universitetdə Kitabxana-İnformasiya Mərkəzinin beş tədris korpusunda kitabxanası, altı xidmət bölməsi və elektron kitabxana fəaliyyət göstərir. Kitabxanada dəqiq və humanitar elmlər üzrə, ədəbiyyatların növünə görə abonoment xidmətləri təşkil edilir. Beş tədris korpusundan dördündə ixtisaslaşmış xidmət bölməsi, oxu zalı və məlumat-biblioqrafiya xidməti fəaliyyət göstərirr. Əsas tədris binasında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) əsasında elektron kitabxana fəaliyyət göstərir. (e-library.adpu.edu.az).

Universitetin Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu 746 min 221 nüsxə ədəbiyyatdan ibarətdir. Bunlardan 670 min 640-ı kitablardır. ADPU kitabxanası ölkəmizin ikinci ən böyük universitet kitabxanasıdır. Eyni zamanda kitabxananın fondunda 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar və əlyazmalar qorunur.

ADPU-da ən müasir standartlara uyğun qurulmuş elektron kitabxana xidməti tələbələrin ixtiyarındadır. Hazırda Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12 min 818 adda kitab mövcuddur.

Kitabxana oxuculara xidmət etməklə yanaşı, mədəni-kütləvi tədbirlərin təşkili və təbliğinə, kitab mütaliəsinin populyarlaşdırılmasına da xüsusi diqqət ayırır.

Tədris dillərinə uyğun kitab fondu

Kitabxana fondunda Azərbaycan dilində 19257 nüsxə, rus dilində 1350 nüsxə, ingilis dilində 3348, türk dilində 221 nüsxə, digər dillərdə 227 nüsxə dərs vəsaiti mövcuddur. Universitet təhsil və elmi-tədqiqat sahəsində dünyanın ən nüfuzlu elmi jurnal və konfrans materialları ilə tanış olmaq məqsədi ilə “Tomson Reuters”, “Clarivate Analytics” şirkətləri ilə əməkdaşlıq edir.

Əlaqə

Ünvan: Bakı ş., Səbail r., Ü.Hacıbəyli küç., 68, ADPU-nun əsas (Səbail) tədris binası

Sayt: e-library.adpu.edu.az

Tel.: (012) 498-85-21

Email: [email protected]

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search