planlasdirma

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mülki müdafiə qərargahı, dinc və ya müharibə dövründə əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq, mülki müdafiə sisteminin tərkib hissəsi kimi yaradılmışdır. Qərargah öz fəaliyyətində “Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunun”a, Nazirlər Kabinetinin Mülki müdafiənin təmin edilməsi haqqında 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarına və bu sahədə mövcud olan digər normativ-hüquqi aktlara əsaslanır. 

Qərargahın tələbə, müəllim və işçilərin fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı onların mühafizəsi, dəyə biləcək ziyanın minimuma endirilməsi və nəticələrin aradan qaldırılması istiqamətlərində üzərinə düşən vəziflərin icrasını təmin etmək məqsədi ilə universitetdə xilasetmə, yanğınsöndürmə, sanitar, sığınacaq və daldalanacağa xidmət, rabitə və kimya-radiasiya kəşfiyyatı manqaları və fərdi mühafizə vasitələri məntəqəsi yaradılmışdır. Mülki müdafiə qərargahının maddi texniki bazasının yenilənməsi və genişləndirilməsinə universitet rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir.

ADPU-nun Mülki müdafiə qərargahına 1991-1998-ci illərdə N.P.Anisimov, 1998-2008-ci illərdə Elmira Həkimova, 2008-2016-cı illərdə Cövdət Lətifov rəhbərlik etmişlər. Hazırda Tahir Hüseynovun rəhbərlik etdiyi Mülki müdafiə qərargahında Emin Vəliyev baş mütəxəssis, Rübabə Nuhbalayeva mütəxəssis və Raziyə Şükürova mühəndis vəzifələrində çalışırlar.

Sturukturun yerləşdiyi inzibati bina: Universitetin Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli 43A ünvanında yerləşən 3-cü korpusu

Otaq nömrəsi: № 316

No Ad ,Soyad, ata adı Vəzifə
1
Tahir Hüseynov Ələkbər Rəis
2
Rübabə Nuhbalayeva Nazim                                                Baş mütəxəssis
3
Nilufər Cəlilova Qürbət Baş mütəxəssis
4
Raziyə Şərifova Məhyəddin Mühəndis
5
Fidan Həmzəyeva Yavər Mütəxəssis

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search