planlasdirma

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsi 1997-ci ildə yaradılmışdır. 1997-2003-cü illərdə şöbəyə pedaqogika üzrə elmlər doktoru, professor İsa İsmayılov, 2003-2021-ci illərdə filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov rəhbərlik etmişdir. 2021-ci ilin oktyabr ayında struktur dəyişikliyi ilə əlaqədar ADPU Elmi Şurasının qərarına əsasən universitetin Davamlı təhsil və innovasiyalar bölməsi yaradılaraq Magistratura və doktorantura şöbəsinə tərkibində fəaliyyətini davam etdirir. 2021-ci ilin oktyabrından Magistratura və doktorantura şöbəsinə siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Əsəd oğlu Sadıqov rəhbərlik edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitentində 1997-ci ildən magistr hazırlığı həyata keçirilir. Bakalavriatura səviyyəsinin davamı olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının əsas məqsədi müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər, gələcək tədqiqatçılar və ali məktəblər üçün elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir.

Magistr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 nömrəli əmri ilə tədiq edilmiş “Magistr dissertasiyasının hazırlanması, təqdim olunması, müdafiəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistr disssertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnamə”yə,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88  nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.

Magistratura və doktorantura şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub magistratura səviyyəsi üzrə Azərbaycan, rus və ingilis bölmələrində 22 ixtisasda 26 ixtisaslaşma üzrə mütəxəssis hazırlığını həyata keçirir:

Tədris ingilis dillində olan Menecment (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, mütəxəssis hazırlığı ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında birgə beynəlxalq proqramı üzrə həyata keçirilir.  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistratua layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır.

Doktorantura və hərbi ­təh­sil müəssi­sə­lə­rin­də adyunktura — Azərbaycan Respub­lika­­­sın­da yüksək ixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrmasıdır. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Elm sahələri göstəril­məklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə başa çatır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı ilə həyata keçirilir.

Qaydalara əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

 

Davamlı təhsil və innovasiyalar bölməsi

Davamlı təhsil və innovasiyalar bölməsinin əsas məqsədi pedaqoji kadrların   hazırlanmasının və təkmilləşdirilməsinin müxtəlif modellərini tədbiq etməklə Azərbayсanda fasiləsiz (ömürboyu) pedaqoji təhsilə və özünüinkişafa töhfə verməkdir. Bölmə Azərbaycan Dövlət Pedaqoji Universitetində 1995-ci ilin əvvəlində İxtisasartırma fakültəsi kimi yaranmış, 1995-ci ilin oktyabrından 2010-cu ilə qədər İxtisasartırma və yenidənhazırlanma fakültəsi kimi, 2010-2016-cı illərdə Əlavə təhsil fakültəsi, 2016-cı ildən isə Davamlı təhsil və təlim şöbəsi, 2019-cu ilin avqust ayından Davamlı təhsil və innovasiyalar şöbəsi adı ilə fəaliyyət göstərmişdir.

2021-ci ilin oktyabr ayında struktur dəyişikliyi ilə əlaqədar ADPU Elmi Şurasının qərarına əsasən Davamlı təhsil və innovasiyalar bölməsi yaradılaraq Magistratura və doktorantura şöbəsinə birləşdirilmişdir. 2021-ci ilin oktyabrından dosent Mədədov Polad Yadulla oğlu Davamlı təhsil və innovasiyalar bölməsinin müdiridir.

Davamlı təhsil və innovasiyalar bölməsi pedaqoji təhsilin inkişafı sahəsində ADPU-nun inkişaf strategiyasına uyğun olaraq öz fəaliyyətini həyata keçirir, təhsilin bakalvriatura səviyyəsini bitirmiş hər bir vətəndaşın pedaqoji ixtisaslar üzrə fasiləsiz təhsil almaq imkanını təmin edir, pedaqoji təhsil üzrə ehtiyacların müəyyənləşdirilməsi, pedoqoji təhsil üzrə beynəlxalq təcrübənin, innovativ yeniliklərin və dəyişikliklərin tətbiqi, professor-müəllim və tələbə heyətinin müasir tələblərə uyğun kompetensiyalarının artırılması istiqamətində işlər aparır.

Davamlı təhsil və innovasiyalar bölməsi yenidənhazırlanma və təkrar ali təhsil imkanları ilə daha əvvəl əldə olunan ixtisasın dəyişdirilməsi və ya yeni ixtisasa yiyələnməni, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşma, vətəndaşların ölkənin təhsil, innovasiya, sosial, siyasi, iqtisadi və mədəni həyatında səmərəli iştirakının təmin edilməsi məqsədilə ehtiyaclara uyğun təlimlərin, seminarların, vebinarların, virtual dəyirmi masaların həyata keçirilməsini təşkil edən struktur bölmədir.

ADPU Elmi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili Qaydaları”na, “Azərbaycan Dövlət Pedaqoji Universitetində “Tyutor (akademik məsləhətçi) hazırlığı” təlimlərinin təşkili Qaydaları”na və rektorun müvafiq əmrlərinə əsasən əsasən Davamlı təhsil və innovasiyalar bölməsi tərəfindən müxtəlif əyani və onlayn təlimlər, ixtisasartırma kursları və s. təkil edilir.

Davamlı təhsil və innovasiyalar bölməsi tərəfindən son illərdə “Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları”, “Tyutor (akademik məsləhətçi) hazırlığı”, “Ümumi təhsilin dövlət standartları və proqramlarının (kurikulumların) öyrədilməsi və tətbiqi”, “Defektologiya və loqopediyanın əsasları”, “İnklüziv siniflərdə təlim stategiyaları”, “Sinfin idarə edilməsi”, “Ali təhsildə “Akademik yazı” bacarıqlarının öyrədilməsi”, “Təlimdə interaktiv üsulların tətbiqi”, “Ali təhsildə oxu strategiyası və onun mərhələləri”, “Müəllim hazırlığının müasir problemləri”  mövzunda təlimlər keçirilib. İştirakçılara təlimləri müvəffəqiyyətlə başa vurduqlarına görə sertifikatlar verilmişdir.

Ünvan: Bakı şəhəri, ADPU-nun Gənclik korpusu (2 saylı tədris binası), Həsən Əliyev küçəsi 104., AZ1110. III mərtəbə (şöbə), VII mərtəbə (bölmə)

Otaq nömrəsi: 308 (şöbə), 710 (bölmə) 

Tel.: (+994 12) 465 81 53 (şöbə), (+994 12) 465 29 76 (bölmə)

Soyad, ad, ata adı

Vəzifə

1.     

Sadıqov Rəşad Əsəd

Şöbə müdiri

2.     

Quliyeva Sevinc Bəbir

Şöbə müdirinin müavini

3.     

Əliyev Rəhim Süleyman

Baş mütəxəssis

4.     

Süleymanova Dilguşə Cəmiyyət

Baş mütəxəssis

5.     

Ağakişiyeva Gülnar Məhəmməd

Mütəxəssis

6.     

İbrahimova Xanım İlqar

Mütəxəssis

7.     

İbrahimova Aytən Aydın

Tyutor

8.     

Təhməzova Dilrubə Nühbala

Tyutor

9.     

Kərimova Afaq Şahin

Tyutor

10.  

Qurbanova Ülviyyə Nurəddin

Tyutor

11.  

Bağırova Vüsalə Məzahir qızı

Tyutor

12.  

Zamanlı Dilbər Şəmsəddin

Operator

Davamlı təhsil və innovasiyalar bölməsi

13.  

Mədədov Polad Yadulla

Bölmə müdiri

14.  

Hüseynova Fəridə Məşi

Baş mütəxəssis

15.  

Hüseynova Samirə Ramiz

Baş mütəxəssis

16.  

Əliyeva Nazilə Muxtar

Mütəxəssis

17.  

Xalıqova Gülnar Qüdrət

Mütəxəssis

18.  

Talıbova Mafilə Yasin

Mütəxəssis

19.  

Yaqubova Aygül Əli

Mütəxəssis

20.  

Qasımova Əminə Həsən

Operator

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search