Mehdiyev Ümid Səməndər oğlu
ADPU-nin Rektorun müşaviri
İş telefonu: +(99412) 493 23 84
Qısa bioqrafik məlumat
10 Avqust 1991-сü il Naxçıvan Muxtar Respublikası
Təhsili, elmi dərəcəsi və elmi adı
2009-cu ildə Bakı şəhərinin 258 saylı orta məktəbini bitirib.
2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universiteti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində ingilis dilində tədris olunan“Yeni texnologiyaların iqtisadiyyatda tətbiqi” ixtisasını bitirib.
2015-ci ildə Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetinin “Təchizat Zəncirinin İdarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini alıb.
2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı.
Rus, İngilis, Alman dillərini bilir.
Əmək fəaliyyəti
2010-cu ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan nümayəndəliyində təchizat mütəxəssisi kimi fəaliyyətə başlayıb.
2014-cü ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan nümayəndəliyində ofis administratoru.
2016-cı ildə “Silkway” şirkətlər qrupunun “Silkway Technics” şirkətində Logistika və Təchizat Departamentində inventarın baş koordinatoru.
2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində “Dəyər Zəncirinin İdarə edilməsi” fənni üzrə saat hesabı müəllim.
2016-2017-ci illərdə ADPU-nin Rektorunun köməkçisi.
2017-ci ilin May ayından ADPU-nin İnzibati və iqtisadi işlər üzrə prorektor.
2019-cu ilin May ayından ADPU-nin Rektorun müşaviri.
2019-2022-ci illərdə ictimai əsaslarla ADPU-nin UNESCO klubunun rəhbəri
2020-2021-ci illərdə ictimai əsaslarla ADPU-nin Corc Vaşinqton universiteti ilə magistratura üzrə ikili diplom proqramının işçi qrupunun rəhbəri
2021-2022-ci illərdə ADPU-nin Corc Vaşinqton universiteti ilə magistratura üzrə ikili diplom proqramının (0.5) Baş katibi