Azərbaycan Dövlət Pedaqoji Universitetinin

ŞÜARI və GƏLƏCƏYƏ BAXIŞI (VİZYONU)

Şüar:

"Ənənələrə sadiq, yeniliklərə açıq universitet!"

 

Gələcəyə baxış (vizyon):

"Beynəlxalq standartlara cavab verən tədqiqatçı-müəllim hazırlığını peşə təhsilinin əsasları, ixtisas və innovasiyalar istiqamətində həyata keçirmək."

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

MİSSİYASI

"Milli şüura malik, tədqiqatçı, məhsuldar, dərin düşüncəli, elmə, insan hüquqlarına hörmət edən, yaradıcı və innovativ fərdlər-pedaqoqlar yetişdirmək;

Təhsil, tərbiyə, araşdırma və s. digər elmi tədbirlər vasitəsilə cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə vermək."

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

ƏSAS HƏDƏFLƏRİ

  • Tələbələr üçün universitet məmnunluğunu gücləndirmək (tələbə məmnunluğu sorğuları, müəllimlərin qiymətləndirilməsi kimi metodlar vasitəsilə);
  • Tələbə nəticələrini yüksəltmək (universitetdən kənar imtahanlardan keçid səviyyəsi, işlə təmin olunma, ixtisasların qəbul yerlərinin dolma səviyyəsini və s. ölməklə);
  • Universitetə yüksək bacarıqlara malik tələbələri cəlb etmək (universitetə qəbul balalarının əsasında) və universitetə yüksək balla qəbul olunan tələbələrin bacarıqlarının tədqiqat-innovasiya istiqamətində inkişafına nail olmaq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

ƏSAS DƏYƏRLƏRİ

Bütövlük/şəffaflıq: ədalətli, vicdanlı və etik şəkildə davranmaq, universitetin bütün fəaliyyət və qərar qəbulu proseslərində güvən mədəniyyətini yaratmaq;

Mükəmməllik: davamlı olaraq yüksək keyfiyyətli proqramlar, tədris, xidmət və təqaüd imkanları təqdim etməklə cəmiyyətin inkişafına xidmət göstərmək;

İnnovasiya: fərdi yaradıcılıq və kreativliyi təşviq etməklə ideyaların inkişafını nəzərə almaq və dəstəkləmək, karyerada yüksəlmə və dəyişməyə, dinamikaya imkan verən mühit yaratmaq;

Cavabdehlik: universitetə ayrılmış resursları səmərəli idarə etməklə akademik, proqram və maliyyə bütövlüyünü və dəyərini təmin etmək;

Ehtiram: bütün fəaliyyət və qərar qəbulunda kollektiv olaraq hər kəsə insani, açıq və peşəkar yanaşmaq və müxtəlifliyə açıq olmaq;

Əməkdaşlıq: komanda işi, korporativ mədəniyyət, iştirakçılıq, ideya və perspektivlərin müxtəlifliyinə dəyər verməklə ümumi məqsədlər uğrunda universitetin yerli (milli), regional və qlobal səviyyədə digər tərəfdaşlarla əməkdaşlığı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search