planlasdirma

Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)    26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. 

 Pedaqoji təcrübə ADPU-nun tədris planında xüsusi yeri olan bir prosesdir. Əslində təcrübə sosial sərvətdir. Tələbələrin mütəxəssis kimi hazırlığı məhz praktik yolla dərinləşdirilir, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Əslində, pedaqoji təcrübə professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 27.12.2018 - ci il tarixli 3/184 nömrəli əmrlə tələbələrinin təcrübə zamanı mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, praktik bilik və bacarıqlarının, səriştələrinin formalaşdırılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasına yiyələnməsini təmin etmək məqsədi ilə təcrübə komissiyası yaradılmışdır. ADPU üzrə pedaqoji təcrübə komissiyasının yaradılması, komissiyanın müntəzəm iclaslarının keçilməsi və qərarlar qəbul etməsi, tələbələrə “Yaddaş” və pedaqoji təcrubə gundəliyinin tərtibinə dair tovsiyələr verilmiş. Bu isə təcrübənin uğurlu nəticələri haqqında danışmağa imkan verir.

Tədris-metodiki iş (Təcrübəçi tələbələrə metodik dəstəyin təmin olunması, komissiyanın təcrübənin gedişini nəzarətdə saxlaması, praktikanın gedişinin fakültə dekanlığı sahəsində müzakirəsinin keçirilməsi) yüksək səviyyədə pedaqoji təcrübənin keçirilməsinə imkan yaratdı. Tələbələr üçün ilk dəfə olaraq gündəliklər hazırlanaraq paylanılmışdır.

ADPU üzrə pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində və çoxtərəfli müqavilələrə əsasən keçirilir:

TN-nin tabeliyindəki müəssisələrdə (ikitərəfli müqavilə əsasında),

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəb və liseylərində (ikitərəfli müqavilə əsasında)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi özəl müəssələrlə,

Abşeron, Xızı və Şirvan Milli Parklarında, Xıllı Nərə Balıq artırma, Neftçala Yod-brom və Sənaye Məhəlləsinin zavodlarında , o cümlədən Avtomobil zavodunda çöl təcrübəsi təşkil edilmişdir.

 

Sturukturun yerləşdiyi inzibati bina:ADPU Əsas kampus, II mərtəbə 239 saylı otaq

 

N

Ad soyad ata adı

Vəzifəsi

1

Qəribova Qəmərxanım İsmayıl

Rəhbər

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search