planlasdirma

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin 2024-cü ilin martın 1-də rəsmi açılışı olub.

Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Mərkəz Qərbi Azərbaycanla bağlı məşğul olan bütün dövlət və qeyri-dövlət strukturları ilə əlaqələrin qurulması və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərilməsini nəzərdə tutur.

2. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi öz işini iki istiqamətdə formalaşdırmağı nəzərdə tutur:

-Elmi tədqiqat

-Maarifləndirmə işinin təşkili

Qərbi Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərinin arşadırılması ilə bağlı elmi tədqiqatların (müxtəlif tədqiqat metodologiyalarının tətbiqi) aparılması və bu sahədə elmi-metodiki dəstəyin verilməsi.

Xüsusilə azərbaycanlıların ermənilər tərəfindən öz yurdlarından kütləvi surətdə zorla köçürülməsi ilə bağlı aşağıdakı tarixi mərhələlərin öyrənilməsi ilə məşğul olmaq:

1) İrəvan xanlığının işğal edilməsi

2) 1905-1906-cı illər qırğınlarının nəticələri

3) 1918-1920-ci illər soyqırımı

4) 1948-1953-cü illər deportasiyası

5) 1988-1991-cu illər deportasiyası

3. Qərbi Azərbaycan tarixi hüquq kontekstində - şəxsi sənədlər, doğum şəhadətnamələri, əmək kitabçası, hərbi bilet, pasport, attestat, diplom, nigah şəhadətnaməsi, ölüm şəhadətnaməsi, mənzilin mülkiyyət hüquqlarına dair sənədlərin (mülkiyyət yaxud istifadə hüququ) və s. toplanması.

4. Qərbi Azərbaycanda həyata keçirilən soyqırımı və deportasiyaların araşadırılması.

5. Qərbi Azərbaycanın coğrafi aspektləri. Toponimlər (yer adlarının etimologiyasının tədqiq edilməsi), dağlar, bulaqlar, kəhrizlər, çaylar, göllər, şəlalələr, qiymətli ağaclar və s. öyrənilməsi.

6. Qərbi Azərbaycan mətbəxinin araşdırılması.

7. Qərbi Azərbaycan mədəniyyətinin öyrənilməsi - geyim, musiqi, rəqs (yallı), xalq oyunları və s.

8. Etnoqrafiya - arxeoloji materiallar (qədim əşyalar), xalq

sənətkarlığını və məişətini əks etdirən əşyalar, sənətkarlıq nümunələri (xalçaçılıq, dulusçuluq) və s. öyrənilməsi.

9. Ədəbiyyatın - yazılı və şifahi ədəbiyyat nümunələri, folklorun (aşıq ədəbiyyatı, bayatılar, dastanlar, qoşmalar, gəraylılar) və s. toplanması.

10. Sosial şəbəkələrdə mərkəzin səhifələrinin fəaliiyət göstərməsi. Elmi seminarların, konfransların, simpozumların, televiziya verilişlərinin və digər tədbirlərin təşkili.

11. İnnovativ inkişafın (o cümlədən startap fəaliyyətlərinin) dəstəklənməsi sahəsində mövcud vəziyyətin araşdırılması və məlumatların hazırlanması;

12. Biznes-elm əlaqələri, startaplarla iri şirkətlər arasında əməkdaşlığın yaradılması, bu istiqamətdə ixtisaslaşmış beynəlxalq müəssisələrlə əlaqələrin və tərəfdaşlığın gücləndirilməsi;

13. Universitetdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların aktual problemlərinə həsr edilən elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

14. Universitetin elmi nailiyyətlərinin təbliği (elmi simpozium, seminar, konfrans və s.), o cümlədən gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi

Əsasnamə

Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Səbail korpusu)

Otaq nömrəsi: 225

Email Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Ad, soyad, ata adı

Vəzifəsi

1.     

t.ü.f.d Leyla Qədir qızı Calalova

Mərkəzin müdiri

2.     

Möhübbət Səməd oğlu Məmmədov

Mütəxəssis

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search