Rüstəmli Riyad Arif oğlu

Rüstəmli Riyad Arif oğlu 

ADPU-nun rektorunun köməkçisi 

  • 7 Avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. 

Təhsili: 

  • 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin “Sosiologiya” ixtisası üzrə rus bölməsində təhsil alıb (fərqlənmə diplomu ilə). 
  • 2014-2016-cı illərdə BDU-nun “Sosial iş” ixtisası üzrə magistratura pilləsində rus bölməsi üzrə təhsil alıb (fərqlənmə diplomu ilə). 
  • 2017-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının doktoranturasına qəbul olunub və 2021-ci ildə dissertasiya işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 
  • 2025-ci ildə Middlesex Universitetinin Dubay filialında “Təhsilin təşkili və idarə olunması” mövzusunda müəllimlik kursunu uğurla bitirib.

Hərbi xidməti: 

  • 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı hərbi hissəsində həqiqi hərbi xidmət keçib və xidmət dövründə döyüş, ictimai-siyasi hazırlıq və nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə görə yuxarı komandanlıq tərəfindən “Fəxri Fərman”la təltif  edilib  və dəfələrlə təşəkkürə layiq görülüb. 

Əmək fəaliyyəti: 

  • 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı kimi çalışıb. 
  • 2014-2015-ci illərdə özəl sektorda müxtəlif sahələrdə çalışıb. 
  • 2016-cı ilin noyabr ayından ADPU-nun rektorunun köməkçisi vəzifəsini icra edir. 

İctimai fəaliyyəti: 

  • 2009-2014-cü illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşklatının sədri vəzifəsində çalışıb. 
  • 2009-2014-cü illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Layihələr departamentinin koordinatoru, bir çox yerli və beynəlxalq layihələrin içraçısı və rəhbəri kimi könüllü fəaliyyət göstərib. 
  • 2010-2013-cü illərdə SİFE (Students İn Free Enterprises) üzrə Bakı Dövlət Universitetinin komandasının rəhbəri olub (Ən yaxşı sosial layihə nominasiyanın qalibi). 
  • 2013-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində nazirin köməkçi heyətinin üzvü kimi fəaliyyət göstərib (ictimai əsaslarla). 
  • 2016-cı ildə Azərbaycan Respublikasının Prezident Administrasiyasında Birinci Vitse-prezidentinin işlərinin təminatı sektorunda çalışıb (ictimai əsaslarla). 
  • Yeni Azərbaycan Partiyasının ərazi Pedaqoqlar şurasının sədr müavinidir. 
  • 2018-ci ildən 2021-ci ilədək YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri olmuşdur. 
  • AR GİN və ATGTİ tərəfindən keçirilən MDB ölkələrinin gənc liderləri üçün təşkil olunmuş yay məktəbi layihəsinin qalib komandasının kapitanı olub. 
  • “Evrovision 2012 Beynəlxalq Mahnı Müsabiqəsi”nin və “Bakı 2015 - I Avropa Oyunları”nın təşkili və keçirilməsində yaxından iştirak edib. 
  • İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumunun təşkilat komitəsinin üzvü olmuşdur. 
  • 2009-2013-cü illərdə BDU-nun “İlin ən yaxşı tələbəsi” nominasıyasının qalibi olub. 
  • 2 fevral 2018-ci ildə YAP rəhbərliyi tərəfindən partiyanın ictimai–siyasi həyatında fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırılıb. 
  • İctimai-siyasi sahədə uğurlarına görə “The Best of Azerbaycan 2019”un qalibi olub. 
  • Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində keçirilən milli mükafat yarışmasında “Şəms” Milli Mükafatının laureatı seçilib. 
  • 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi münasibəti ilə həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə ATİAHİ Respublika Komitəsinin qərarı ilə “Yubiley döş nişanı” ilə təltif edilib. 

Beynəlxalq təcrübə: 

Sıra nömrəsi 

Mövzu 

Adı 

Keçirildiyi məkan 

1.

Международная конференция 

 

Перспективы и возможности укрепления безопасности и сотрудничества в Европе 

Россия г.Калининград  2019 год. 

2. 

Azərbaycan – Türkiyə Təhsil İşçilərinin II Peşə – Təcrübə Proqramı 

Azərbaycanla-Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq 

Türkiyə, İstanbul 2023 

3.

Beynəlxalq təhsil proqramı   

Egitimde Yapay Zeka: Üretken Yapay Zekanın Eğitim ve Öğretim Faaliyetlerinde Bir Araç Olaraq Kullanımı 

İstanbul Aydın Üniversiteti  (Türkiyə,İstanbul) 2023  

4.

Beynəlxalq təhsil proqramı   

Egitimde Pskolojinin Önəmi” beynəlxalq təlim kursu 

Üskü0dar Üniversiteti (Türkiyə,İstanbul) 2023 

5.

Beynəlxalq təhsil proqramı   

Yüzyılda Öğretmen Olmak kursu 

Halıç Üniversiteti (Türkiyə,İstanbul) 2023 

6.

İnternational seminar  

İntegration of inter-ethnic tolerance in the higher education system of Uzbekistan  

Daşkənd Dövlət İqtisad Universiteti  

(Узбекистан , Ташкент 2024) 

7. 

İnternational seminar 

Новые подходы в образование «Модель Узбекистана» 

 

Ташкентский международный университет финансового управления и технологий, 

Узбекистан , Ташкент 2024) 

8.

 

İnternational seminar 

 

Communication Skills Training  

Üsküdar Üniversiteti (Türkiyə,İstanbul) 2024 

9.

İnternational internship course 

 

Technology and Vocational Education 

Middlesex University Dubai 2025 

10.

İnternational internship course 

 

Using Modern technologies and artificial intelligence in the classroom  

Synergy University 

 Dubai 2025  

 

11.

İnternational internship course 

Changing Landscape of Education  

Murdoch University Dubai 2025  

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search