Strateji İnkişaf Mərkəzi
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin 25 iyun 2021-ci ildə imzaladığı müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) Könül İsaq qızı Pirverdiyeva strateji inkişaf məsələləri üzrə prorektor təyin edilib.
2021-ci ilin noyabr ayında strateji inkişaf məsələləri üzrə prorektorluğa tabe yeni bir mərkəz – Strateji İnkişaf Mərkəzi (SİM) yaradılıb. SİM bir müdir, üç nəfər baş mütəxəssis, iki nəfər mütəxəssis və operator ştatından ibarətdir.
SİM-in yerləşdiyi ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinin binasında SABAH bakalavriatura, SABAH magistratura proqramı, ADPU-Corc Vaşinqton ikili diplom proqramı və magistratura səviyyəsi üzrə aşağıdakı ixtisaslarda mütəxəssis hazırlığını həyata keçirilir:
- Menecment (təhsilin təşkili və idarə olunması),
- Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası,
- Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası,
- İbtidai sinifdə tədrisin metodika və metodologiyası,
- Təhsildə sosial-psixoloji xidmət,
- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili),
- Təhsildə qiymətləndirmə və monitorinq,
- İnformatika fənninin tədrisi metodikası və metodologiyası,
- Riyaziyyatın tədrisi metodikası və metodologiyası.
Qeyd edək ki, bu tədris korpusunda 570 nəfərə yaxın tələbə təhsil alır.
Mərkəz tərəfindən tələbə məmnuniyyətinin ölçülməsi və dərslərin daha səmərəli təşkil edilməsi məqsədilə mütəmadi olaraq tələbə, professor və müəllim heyəti arasında sorğular təşkil olunur. Sorğu nəticələri təhlil olunaraq müvafiq addımların atılması təmin edilir.
Ölkəmizdə keçirilən beynəlxalq şagird qiymətləndirmələri və tədqiqatlar Strateji İnkişaf Mərkəzi (SİM) tərəfindən icra edilir. Belə ki, TIMSS, ICILS, PISA, PIRLS beynəlxalq şagird qiymətləndirmələri və TALIS - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma tədqiqatı üzrə öyrənən və öyrədənlər üçün təlimlərin təşkili, pilot, sınaq, əsas mərhələlər mərkəzin əməkdaşları tərəfindən həyata keçirilir. Mərkəz tərəfindən tələbələr ölkəmizin qoşulduğu beynəlxalq qiymətləndirmələr haqqında məlumatlandırılır və bu sahədə müxtəlif fəaliyyətlərə cəlb olunurlar.
Məlumat üçün bildirək ki,
- TIMSS (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı;
- ICILS (International Computer and Information Literacy Study) - Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqatı;
- PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı;
- PIRLS (Progress in International Reading Literacy Study) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat;
- TALIS (Teaching and Learning International Survey) - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə keçirilən tədqiqatdır.
Qeyd edək ki, SİM ölkəmizdə fəaliyyət göstərən bir çox qurum və təşkilatlarla - ETN, BŞTİ, ARTİ, Alqoritmika şirkəti, T-Network, AGMA (Azərbaycan Gənc Müəllimlər Assosasiyası), "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və s. ilə əməkdaşlıq edərək ortaq layihələr həyata keçirir.
2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin ADPU SİM ilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb Liderliyi Proqramı” (MLP) təşkil olunur. Proqramın ilk çağırışı üzrə 50 nəfər məzun olub.
2023-cü ildə də proqramın 2-ci çağırışı üzrə işlər mərkəz tərəfindən həyata keçirilir.
Qeyd olunanlara əlavə olaraq, SİM Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 saylı orta məktəb tərəfindən hazırlanmış “EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsinə tərəfdaşlıq edir. Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə tədrisdəki öyrənmə boşluqlarının tamamlanmasıdır.
Layihədə ADPU-nun müxtəlif ixtisaslarında təhsil alan 53 tələbəsi məktəblərdə tələbə-mentor olaraq fəaliyyət göstərir. Layihə ümumi təhsil məktəblərində təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ADPU-nun "Riyaziyyat və İnformatika müəllimliyi" və "İnformatika müəllimliyi" ixtisaslarında (SABAH qrupları daxil olmaqla) təhsil alan sonuncu kurs tələbələri üçün "Gələcək üçün kod” adlı Alqoritmika təlimlərinə start vermişdir. Bu təlimlərin təşkil edilməsi və təlim keyfiyyətinin ölçülməsinə nəzarəti ADPU SİM həyata keçirir. 2022-ci ildə layihə üzrə 160 tələbə məzun olmuşdur. 2023-cü ildə layihədə təlim alan tələbələrin sayı 280 nəfərdir.
2022-ci ildə ADPU-nun Strateji İnkişaf Məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın həm müəllifi olduğu “Müəllimin əl kitabı: Sinfin idarə olunması” adlı vəsait çap olunmuşdur. Qeyd edək ki, vəsait bu adda hazırlanmış ilk kitabdır və bütün təhsil ictimaiyyəti üçün istifadəyə açıqdır.
Qeyd olunan link vasitəsi ilə kitabı əldə edə bilərsiniz: https://tnetwork.az/public/uploads/photo-32.pdf
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində ADPU SİM tərəfindən gənc müəllimlər üçün bir sıra modullar üzrə e-təlim materialları hazırlanıb. Hazırda əməkdaşlıq çərçivəsində bu iş davam etdirilir.
Strateji İnkişaf Mərkəzi mütəxəssislərinin hazırladıqları online kurs materialları ilə aşağıdakı linkdən keçid edərək tanış ola bilərsiniz:
1. “Bullinq və bullinqin qarşısının alınması” – 2 modul.
2. “Təhsildə etik davranış qaydaları və müəllim-valideyn münasibətləri” – 2 modul.
3. “Zəif oxuyan şagirdlərlə iş” - 3 modul.
4. “Psixoloji dəstək” – 2 modul.
Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən işlər və elanlar ADPU-nun veb-səhifələrində paylaşılmaqla yanaşı mərkəzin öz facebook hesabından da mütəmadi olaraq paylaşılır.
Strukturun yerləşdiyi inzibati bina: ADPU-nun V tədris binası (Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109 A)
Otaq nömrəsi: 221
Email ünvanı:
№ |
Ad, Soyad, Ata adı |
Vəzifə |
1. |
Ayşə Əmiraslanova Qurban |
Baş mütəxəssis |
2. |
Zarina Nəbizadə Nəbi |
Baş mütəxəssis |
3. |
Ceyla Səmədzadə Emin |
Mütəxəssis |