1.Türkoloji Mərkəz (bundan sonra mərkəz) ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun struktur bölmələrindən biri olmaqla ADPU-nun fəaliyyət istiqamətlərini prioritet seçir.
2.Mərkəz Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələrindən ibarətdir.
3.Mərkəz Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələri daxilində Azərbaycanda və türk dövlətlərində ayrı-ayrı elmi və mədəni qurumlarla əlaqələrin qurulması və qarşılıqlı iş şəraitində müvafiq fəaliyyət göstərən strukturdur.
4.Mərkəz öz fəaliyyəti dövründə beynəlxalq qurumlar daxilində türk dövlətlərinin aparıcı universitetlərinin müvafiq qurumları ilə, o cümlədən TÜRKSOY, Türk Ocaqlar Birliyi, Azərbaycanda fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri və s. təşkilatlarla geniş əlaqələrin qurulmasına xüsusi yer ayırır. 5.Mərkəz AMEA-nın humanitar istiqamətli institutları, habelə Azərbaycan universitetlərinin elm və təhsil qurumları ilə birgə tədqiqatlara üstünlük verir və onlarla sıx əməkdaşlıq edir.
6.Mərkəzin fəaliyyətinin əsas məqsədi:
a) Azərbaycan türkologiyasının inkşafı ilə bağlı tədqiqatların aparılmasını təmin etmək, türkologiyanın inkşafına yeni töhfələr vermək, onun elmi -nəzəri səviyyəsinin yüksəldilməsinə və praktik tətbiqinə nail olmaq.
b) Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələrinin türkologiya sahəsində əldə olunmuş elmi nəticələrinin tədris prosesinə tətbiqini təmin etmək.
c) ADPU-nun müvafiq struktur bölmələri ilə səmərəli iş fəaliyyəti qurmaq, professor-müəllim heyətini, tələbə, magistrant və doktorantları mərkəzdə aparılan tədqiqtlara cəlb etmək.
ç) Mərkəz xətti ilə elmi seminar, dəyirmi masa və konfranslar təşkil etmək.
d) Beynəlxalq və Respublika əhəmiyyətli qrant layihələrində iştirak etmək və bu çərçivədə elmi-tədqiqat işləri aparmaq.
Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus)
Otaq nömrəsi:136
Email:
№ | Ad, Soyad, Ata adı | Vəzifə |
fil.ü.f.d. Şəkər Heyvəli qızı Məmmədova | Direktor | |
prof. Mirvari Abbas qızı İsmayılova | Türk dilləri bölməsinin müdiri | |
prof. Elman Hilal oğlu Quliyev | Türk ədəbiyyatı bölməsinin müdiri | |
t.ü.f.d., dos., Dəyanət Musa oğlu Musayev | Türk tarixi bölməsinin müdiri | |
Nərmin Sadiq qızı Rəhimova | Mütəxəssis | |
Validə Nadir qızı Şıxəliyeva | Türk dilləri bölməsinin mütəxəssisi | |
Aynur Yusif qızı Cəfərova | Türk dilləri bölməsinin mütəxəssisi | |
Sayalı Şahin qızı Cəfərova | Türk ədəbiyyatı bölməsinin mütəxəssisi | |
Ülkər Fikrət qızı Yusifli | Türk tarixi bölməsinin mütəxəssisi |