Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi

Haqqında
Əlaqə
Əməkdaşları

2018-ci ilin avqustunda universitetdə tələbələrlə işin sistemliliyini təmin etmək məqsədi ilə müstəqil struktur kimi yaradılan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinə Anar Xəlilzadə, Sahil Qələndərov və Turan Kərimli rəhbərlik etmişdir. 2021-ci ilin mart ayında İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinə birləşdirilməsi nəticəsində  daha geniş s­ə­lahiyyətlərə malik Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi ya­­radıl­mış­dır. Şöbəyə Turan Kərimli rəhbərlik etmişdir. 2022-ci ilin sentyabrında ADPU-nun Elmi Şurasının qərarı ilə  universitetdə tələbələrlə işin və informasiya yayımının təkmilləşdirilməsi məqsədi ilə şöbənin bazasında Tədbirlərin təşkili və tələbələrlə iş və İctimaiyyətlə əlaqələr və marketinq şöbələri yaradılmışdır. Hazırda şöbəyə Turan Kərimli rəhbərlik edir.

Şöbə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tələblərinə uyğun olaraq universitetdaxili və universitetdən kənar mədəni-kütləvi tədbirlər həyata keçirir, tələbələrlə işin qurulmasına dəstək olur, təhsil sahəsində və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurların təbliğini təmin edir.

Dövlət  qurumları və qeyri-hökumət  təşkilatları (QHT) ilə qarşılıqlı  əmakdaşlıq  çərçivəsində  tədbir  və layihələrin keçirilməsi; ADPU-da, ADPU-nun filiallarında və ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət  göstərən  ictimai təşkilatlar ilə  qarşılıqlı  əlaqələr  və  onların fəaliyyətlərinin tənzimlənməsi; Mədəni-kütləvi   tədbirlərin  keçirilməsinə  dair  planın  tutulması, həyata keçirilməsi; İctimai  problemi  olan  tələbələrin  araşdırılması  və  onlara  mümkün  dəstəyin göstərilməsi; Tələbələrlə hibrid formada mütəmadi məmnunluq və rəy sorğularının təşkili və statistik təhlillərin aparılması şöbənin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Strukturun yerləşdiyi inzibati bina: Üzeyir Hacıbəyli 68, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Sahil korpusu)

Otaq nömrəsi: 208

Əlaqə nömrəsi: 012 493 36 28

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Turan Kərimli

Şöbə müdiri

2.

Günay Bağırlı

Mütəxəssis

3.

Faiq Heydərov

Mütəxəssis

4.

Könül Nəzərova

Operator

5.

İsmayıl Nəsirov

Mütəxəssis

(ictimai əsaslarla)

 

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin