planlasdirma

Tədris Prosesinin Metodiki Təminat və Akkreditasiya bölməsi 03 oktyabr 2016-cı ildə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin bölməsi  olaraq yaradılmışdır.

ADPU da Tədrisin idarə edilməsində struktur dəyişikliyi ilə əlaqədar 2018-ci  ilin yanvar ayından etibarən Tədrisin İdarə olunması və Tədris Texnologiyaları Mərkəzi Tədris Texnologiyaları bölməsi kimi fəaliyyətə başlamışdır.  Həmin tarixdən də bölmənin adı dəyişilərək Metodiki Təminat və Akkreditasiya adlandırılmışdır.

11 oktyabr  2021-ci il tarixindən etibarən bölmə şöbə kimi fəaliyyət göstərir.

Şöbənin fəaliyyət istiqamətləri:

  • Şöbə tədris prosesinin metodiki təminatını planlaşdırır və təşkil edir.
  • Universitetdə tədris-metodiki işi əlaqələndirir, metodiki xidmət sahəsində innovative pedaqoji ideyaları tətbiq edir.
  • Tədris-metodik işlər üzrə əsas normativ sənədlərin uçotunu aparır, sistemləşdirir və lokal şəbəkədə yerləşdirir.
  • Bütün ixtisaslar və ixtisaslaşmalar üzrə metodik materialların işlənib hazırlanmasına və yerinə yetirilməsinə nəzarət edir.
  • Fakültə və kafedralarda tədris metodiki işlərin vəziyyətini təhlil və nəzarət edir, elmi metodiki materialların mənimsənilməsində professor-müəllim heyətinə praktiki yardımını göstərir.
  • Tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrinə metodiki yardım göstərir.
  • Tədris prosesi üçün tədris-metodiki, dərslik və dərs vəsaiti, didaktik və informasiya materiallarını təmin edir, tədris-proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasını təşkil edir.
  • Müxtəlif ixtisaslar üzrə fənlərin metodiki təminatı üçün zəruri olan tədris  və metodiki  nəşrlərin  hazırlanması işlərini əlaqələndirir.
  • Tədris və tədris-metodiki işlərlə bağlı əmr layihələrini və hesabatları işləyib hazırlayır.
  • Tədris prosesinə yeni informasiya texnologiyalarının tətbiqi, tədris plan və proqramların, metodik göstərişlərin, mühazirə mətinlərinin və digər elmi metodik sənəd və tədris vəsaitlərinin hazırlanmasına nəzarət edir.
  • Universitetdə tədris prosesinin təşkili vəziyyətinin monitorinqində iştirak edir.
  • Universitetdə hazırlanan tədris sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən edir.
  • Təhsil proqramları üzrə hazırlığın məzmun və strukturunu müəyyənləşdirir.
  • Universitetdə inistitusional və proqram akkreditasiyasının təşkli və aparılması prosesində yaxından iştirak edir

 

Sturukturun yerləşdiyi inzibati bina:ADPU Əsas kampus, II mərtəbə 243 saylı otaq

 

N

Ad soyad ata adı

Vəzifəsi

1

Leyla Əliyeva Xudadat

Şöbə müdiri

2

Lətifə Rzayeva Harun

Mütəxəssis

3

Arzu Adıyeva Ramiz

Mütəxəssis

4

Gülnaz Əhmədova Xanlar

Mütəxəssis

5

Rəna Süleymanova Nazim

Mütəxəssis

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search