
PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL QAYDALARI
Universitetə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməlidir. Qəbul imtahanında müvəffəqiyyətli nəticə əldə etdikdən sonra müvafiq ixtisas seçimi mərhələsini keçməlidirlər. Daha sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər əvvəlcədən elan olunmuş tarixlərdə təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. Qeydiyyat uğurla bitirən abituriyentlər daha sonra təhsil müəssisəsi ilə müqavilə bağladıqdan sonra rəsmi olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi adını alırlar. İxtisaslarına uyğun olaraq 4 və ya 5 il təhsil almaq hüququna malik olurlar.
Magistratura səviyyəsi üçün də qəbul prosesi eyni şəkildədir.
Subbakalavr pilləsi dedikdə orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi başa düşülür. Kollec olaraq subbakalavr təhsil pilləsi üzrə tələbələrimizin yüksək ixtisaslı və rəqabət qabiliyyətli peşəkarlar olaraq yetişməsi üçün resurslarımız səfərbər olunur. Subbakalavr təhsil pilləsi əmək bazarına çevik uyğunlaşan peşəkarlar hazırlamağa imkan verir və təhsildə əlçatanlığının genişləndirilməsi baxımından bütün arzu edənlər bu imkanlardan yararlana bilsinlər. Həmçinin, tez bir zamanda əmək bazarının tələb olunan sayda mütəxəssislə təmin olunmasına xidmət göstərir. Kolleci uğurla bitirib subbakalavr dərəcəsini alan məzunlar ali təhsil məktəblərinin bakalavriat səviyyəsinə müsabiqədən kənar qəbul imkanı əldə edirlər. Əsas şərtlərdən biri ixtisas seçimi zamanı əvvəllər aldığı ixtisasa uyğun olan ixtisasın seçilməsidir.
Daha çox məlumat almaq üçün kollecin səhifə ilə tanış ola bilərsiz.
Azərbaycan Dövlət Pedaqoji Universitetində
Kadr hazırlığı həyata keçirilən bakalavriat ixtisasları və onların bölmələri
Sıra № | İxtisasın şifri | İxtisasın adı | Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri | ||||
---|---|---|---|---|---|---|---|
Azərbaycan bölməsi | Rus bölməsi | İngilis bölməsi | |||||
əyani | qiyabi | əyani | qiyabi | əyani | |||
1 | 050101 | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | + | - | - | - | - |
2 | 050102 | Biologiya müəllimliyi | + | - | - | - | - |
3 | 050103 | Coğrafiya müəllimliyi | + | - | - | - | - |
4 | 050105 | Fizika müəllimliyi | + | - | - | - | - |
5 | 050106 | Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi | + | - | + | - | - |
6 | 050107 | İbtidai sinif müəllimliyi | + | - | + | - | + |
7 | 050108 | İnformatika müəllimliyi | + | - | - | - | - |
8 | 050109 | Kimya müəllimliyi | + | - | - | - | - |
9 | 050110 | Kimya və biologiya müəllimliyi | + | - | + | - | - |
10 | 050111 | Korreksiyaedici təlim | + | - | + | - | - |
11 | 050112 | Məktəbəqədər təhsil | + | - | + | - | - |
12 | 050113 | Musiqi müəllimliyi | + | - | - | - | - |
13 | 050114 | Riyaziyyat müəllimliyi | + | - | - | - | + |
14 | 050115 | Riyaziyyat və informatika müəllimliyi | + | - | + | - | - |
15 | 050116 | Tarix müəllimliyi | + | - | + | - | - |
16 | 050116 | Tarix və coğrafiya müəllimliyi | + | - | - | - | - |
17 | 050118 | Təhsildə sosial-psixoloji xidmət | + | - | + | - | - |
18 | 050119 | Təsviri incəsənət müəllimliyi | + | - | + | - | - |
19 | 050118 | Texnologiya müəllimliyi | + | - | + | - | - |
20 | 050121 | Xarici dili müəllimliyi (ingilis) | + | - | - | - | - |
21 | Xarici dili müəllimliyi (fransız) | + | - | - | - | - | |
22 | 050807 | Sosial iş | + | - | + | - | - |
MAGİSTRATURA
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində 1997-ci ildən magistr hazırlığı həyata keçirilir. Bakalavriatura səviyyəsinin davamı olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının əsas məqsədi müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər, gələcək tədqiqatçılar və ali məktəblər üçün elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir.
Bu gün magistr hazırlığında bakalavr səviyyəsi diqqətdən kənarda qalmamalıdır. Belə ki, bu və ya digər ixtisas üzrə bakalavr səviyyəsində tədris olunan bəzi fənlər dərinləşdirilmiş formada magistraturada tədris olunur. Məhz bu səbəbdən magistratura səviyyəsi ixtisaslaşmanın tamamlayır və bakalavr səviyyəsinin ixtisasları magistratura səviyyəsinin ixtisasları ilə uyğun gəlməlidir.
Magistr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 nömrəli əmri ilə tədiq edilmiş “Magistr dissertasiyasının hazırlanması, təqdim olunması, müdafiəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistr dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.
Magistratura səviyyəsində təhsilin müasir tələblərə cavab verməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yüksək elmi dünyagörüşünə və elmi-tədqiqatçılıq qabiliyyətinə malik gənclər yetişdirmək qarşıda duran əsas vəzifələrdən biridir. Məhz buna görə də təhsilin təşkili Avropa və dünya təhsil standartlarına uyğunlaşdırılmalıdır.
Magistratura və doktorantura şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub magistratura səviyyəsi üzrə Azərbaycan, rus və ingilis bölmələrində aşağıdakı ixtisaslarda mütəxəssis hazırlığını həyata keçirir:
Sıra № |
İxtisasın şifri |
İxtisasın adı |
Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri |
||||
Azərbaycan bölməsi |
Rus bölməsi |
İngilis bölməsi |
|||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
|||
1 |
060101 |
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
2 |
060103 |
Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili) |
+ |
- |
- |
- |
- |
3 |
060104 |
Fizika fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
4 |
060105 |
Riyaziyyatın tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
5 |
060106 |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
6 |
060107 |
Texnologiya fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
7 |
060108 |
Musiqi fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
8 |
060109 |
Biologiya fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
9 |
060110 |
Kimya fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
10 |
060111 |
Tarix fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
11 |
060112 |
Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
12 |
060113 |
İnformatika fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
13 |
060114 |
Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası |
+ |
- |
- |
- |
- |
14 |
060115 |
İbtidai sinifdə tədrisin metodika və metodologiyası |
+ |
- |
- |
- |
- |
15 |
060116 |
Korreksiyaedici təlimin metodika və metodologiyası |
+ |
- |
- |
- |
- |
16 |
060117 |
Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası |
+ |
- |
- |
- |
- |
17 |
060407 |
Menecment (təhsilin təşkili və idarə olunması, tədris ingilis dilində) |
- |
- |
- |
- |
+ |
18 |
060118 |
Təhsildə sosial- psixoloji xidmət |
+ |
- |
- |
- |
- |
19 |
060119 |
Pedaqogika nəzəriyyəsi və tarixi |
+ |
- |
- |
- |
- |
20 |
060119 |
Təhsildə qiymətləndirmə və monitorinq |
+ |
- |
- |
- |
- |
21 |
060119 |
Təlim və tədrisin təşkili və metodikası (SABAH) |
+ |
- |
- |
- |
- |
22 |
060407 |
Menecment (təhsilin təşkili və idarə olunması) |
+ |
- |
- |
- |
- |
23 |
060409 |
Biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması) |
+ |
- |
- |
- |
- |
24 |
060409 |
Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması) |
+ |
- |
- |
- |
- |
25 |
060805 |
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş |
+ |
- |
- |
- |
- |
26 |
060805 |
Gənclərlə iş |
+ |
- |
- |
- |
- |
«Menecment» ixtisasının «Menecment (Təhsilin təşkili və idarə olunması)» ixtisaslaşmasına qəbul olmaq üçün müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “İqtisadiyyat və idarəetmə”, “Humanitar və sosial” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
İngilis dilli ixtisasda müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, mütəxəssis hazırlığı ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında birgə beynəlxalq proqramı üzrə həyata keçirilir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində magistratura ixtisası üzrə ikili diplom proqramının əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Proqrama üzrə təhsil almış tələbələr ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər. Müvafiq keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Tədris dilinə uyğun olaraq namizədlər tərəfindən ingilis dili bacarıqlarını təsdiq edən İELTS, TOEFL və ya Duolingo sertifikatı tələb olunur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistratura layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır. Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir. “Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini “Menecment” ixtisasını və “Təhsil ixtisasları” qrupu üzrə ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Müəyyən olunmuş keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu müvafiq təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgədir. Tədris Azərbaycan dilindədir. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.
Doktorantura və hərbi təhsil müəssisələrində adyunktura — Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrmasıdır. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Elm sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə başa çatır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı ilə həyata keçirilir.
Qaydalara əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
ADPU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturada kadr hazırlığı aparılan ixtisaslar (2015-2020-ci illər)
1202.01 – Analiz və funksional analiz
1203.01 – Komputer elmləri 1211.01 – Diferensial tənliklər 2220.01 – Yarımkeçiricilər fizikası 2301.01 – Analitik kimya 2303.01 – k Qeyri-üzvi kimya 2306.01 – Üzvi kimya 2401.01 – Zoologiya 2411.01 – İnsan və heyvan fiziologiyası 2417.01 – Botanika 5401.01 – İqtisadi coğrafiya 5502.01 – Ümumi tarix 5503.02 – Vətən tarixi 5706.01 – Azərbaycan dili 5710.01 – Türk dilləri 5716.01 – Azərbaycan ədəbiyyatı 5717.01 – Türk xalqları ədəbiyyatı 5718.01 – Dünya ədəbiyyatı 5719.01 – Folklorşünaslıq 5801.01 – Rus dilinin tədrisi metodikası 5801.01 – Biologiyanın tədrisi metodikası 5801.01 – İnformatikanın tədrisi metodikası 5801.01 – Fizikanın tədrisi metodikası 5801.01 – İngilis dilinin tədrisi metodikası 5801.01 – Riyaziyyatın tədrisi metodikası 5801.01 – Tarixin tədrisi metodikası 5801.01 – Texnologiyanın tədrisi metodikası 5801.01 – Həyat bilgisinin tədrisi metodikası 5801.01 – Azərbaycan dilinin tədrisi metodikası 5801.01 – Kimyanın tədrisi metodikası 5801.01 – Coğrafiyanın tədrisi metodikası 5802.01 – Təhsilin təşkili və planlaşdırılması 5803.01 – Müəllim hazırlığı və fəaliyyəti 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5805.01 – Korreksiya pedaqogikası 6104.01 – Pedaqoji psixologiya 6107.01 – Ümumi psixologiya“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında PDF
Yenidən hazırlanma və ya təkrar ali təhsil almaq imkanları
Yalnız ödənişli əsaslarla əyani təhsilalma formasında həyata keçirilən yenidənhazırlanma (ixtisasdəyişmə) və təkrar ali təhsil üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqamət üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” sənədi ilə tənzimlənir.
Yenidənhazırlanma təhsili müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud baza təhsil proqramlarındakı dinləyicilərin əvvəlcə aldığı baza təhsil proqrmaı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili) nəzərə alınmaqla aparılır. ADPU-da təkrar ali təhsil almaq üçün isə bakalavr diplomu tələb olunur.
Yenidənhazırlanma və ya təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır və müsahibədən uğurla keçən şəxslər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və ya tələbələr sırasına qəbul edilirlər. Yenidənhazırlanma və təkrar ali təhsil ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2020-2021-ci tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə sənəd qəbulu aparılmışdır.
Təkrar ali təhsildən fərqli olaraq yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavriaturanın əsas ixtisas fənləri əsasında xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunur, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübədə iştirak edirlər.
Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.
Proqrama üzrə təhsil almış tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər.
- Corc Vaşinqton Universiteti: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik
- Azərbaycan Dövlət Pedoqoji Universiteti : Menecment (təhsilin təşkili və idarəolunması)
Proqram çərçivəsində təhsil alan tələbələr nə əldə edəcəkdir?
- Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq;
- Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək;
- Beynəlxalq təcrübəni öyrənmək.
Proqram üzrə kvota: 25 nəfər
Tədris dili: İngilis dili
Müddət: 2 il
Proqram liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf proqramları sahələri üzrə aparılır.
Aşağıdakı maliyyə xərcləri qarşılanır:
-
təhsil haqqı;
-
qeydiyyat xərci;
-
tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.
Qəbul qaydaları
- Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar;
- Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
2005-ci ilin dekabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültə yaradılmışdır.
2008-ci ilin noyabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültənin nəzdində Əcnəbi tələbələr üçün hazırlıq şöbəsi yaradılaraq əcnəbi vətəndaşların hazırlıq kursları həyata keçirilməyə başlanmışdır. Hazırlıq kursunda əcnəbi dinləyicilərə dil və ixtisas bilikləri ilə yanaşı Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” fənləri Azərbaycanı yaxından tanımaq üçün tədris olunur.
2015-ci ilin mart ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültənin və Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin bazası əsasında Əcnəbi tələbələrlə iş üzrə şöbə yaradılmışdır.
2017-ci ilin dekabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə şöbənin adı dəyişdirilərək, Əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı. Şöbə ADPU-da təhsil alan əcnəbi tələbələrə və təhsil almaq istəyən bütün əcnəbi vətəndaşlara xidmət göstərir.
Ötən illər ərzində ADPU-da əcnəbi tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdır, müxtəlif ixtisaslar üzrə yüzlərlə əcnəbi vətəndaş məzun olmuş, şərəfli müəllim peşəsinə yiyələnmişdirlər.
ADPU-da Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış müqavilələr əsasında, Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında və Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında əcnəbi vətəndaşlar təhsil alırlar. Hazırda ADPU-da Türkiyədən , Çindən, Rusiyadan, Ukraynadan, Gürcüstandan, Türkmənistandan, Suriyadan olan əcnəbi vətəndaşlar müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsil alırlar.
2005-ci ildən ADPU-da Türk Tələbələrinin İdarəetnə Şurası (Türk Öğrenci Yönetim Konseyi) fəaliyyət göstərir. Türkiyə və Azərbaycanın əlamətdar tarixi, mədəni, ictimai hadisələrinə uyğun tədbirlərin təşkilində aktiv iştirak edirlər.
ADPU- da təhsil alan əcnəbi vətəndaşlar üçün müxtəlif auditoriyadankənar işlər – şəhər (Şəhidlər Xiyabanı, Fəxri xiyaban) və şəhərkənarına (Qobustan, Qala və s.), muzey və sərgilərə ekskursiyalar təşkil edilir. Universitetimizin ictimai həyatında əcnəbi tələbələr olduqca aktiv iştirak edir, keçirilən bir çox tədbirdə ya təşkilatçı, ya da iştirakçı qismində çıxış edirlər. Həm universitetdə, həm də respublikamızda universitetlər arasında keçirilən müxtəlif xarakterli- idman, musiqi, incəsənət, bilik və s. yarışlarda, müsabiqə və festivallarda universitetimizi layiqincə təmsil edirlər. Əcnəbi tələbələrlə aparılan auditoriyadankənar işlər Azərbaycan mədəniyyəti və insanları haqqında daha cox məlumat almaqda kömək edir, gənclik mühitində tolerantlığın təbliğinə imkan verir.
PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL QAYDALARI
Universitetə qəbul olmaq istəyən Azərbaycan Respublikasının
vətəndaşı olan abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmək
etməlidir. Qəbul imtahanında müvəffəqiyyətli nəticə əldə etdikdən sonra müvafiq ixtisas seçimi mərhələsini
keçməlidirlər. Daha sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər əvvəlcədən elan olunmuş
tarixlərdə təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli
və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil
müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan
sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala
bilərlər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. Qeydiyyat uğurla bitirən abituriyentlər daha sonra təhsil müəssisəsi ilə müqavilə bağladıqdan sonra rəsmi olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi adını alırlar. İxtisaslarına uyğun olaraq 4 və ya 5 il təhsil almaq hüququna malik olurlar.
Magistratura səviyyəsi üçün də qəbul prosesi eyni şəkildədir.
Subbakalavr pilləsi dedikdə orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi başa düşülür. Kollec olaraq subbakalavr təhsil pilləsi üzrə tələbələrimizin yüksək ixtisaslı və rəqabət qabiliyyətli peşəkarlar olaraq yetişməsi üçün resursarımız səfərbər olunur. Subbakalavr təhsil pilləsi əmək bazarına çevik uyğunlaşan peşəkarlar hazırlamağa imkan verir və təhsildə əlçatanlığının genişləndirilməsi baxımından bütün arzu edənlər bu imkanlardan yararlana bilsinlər. Həmçinin, tez bir zamanda əmək bazarının tələb olunan sayda mütəxəssislə təmin olunmasına xidmət göstərir. Kolleci uğurla bitirib subbakalavr dərəcəsini alan məzunlar ali təhsil məktəblərinin bakalavriat səviyyəsinə müsabiqədən kənar qəbul imkanı əldə edirlər. Əsas şərtlərdən biri ixtisas seçimi zamanı əvvəllər aldığı ixtisasa uyğun olan ixtisasın seçilməsidir.
Daha çox məlumat almaq üçün kollecin səhifə ilə tanış ola bilərsiz.
Azərbaycan Dövlət Pedaqoji Universitetində
Kadr hazırlığı həyata keçirilən bakalavriat ixtisasları və onların bölmələri
Sıra № | İxtisasın şifri | İxtisasın adı | Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri | ||||
---|---|---|---|---|---|---|---|
Azərbaycan bölməsi | Rus bölməsi | İngilis bölməsi | |||||
əyani | qiyabi | əyani | qiyabi | əyani | |||
1 | 050101 | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | + | - | - | - | - |
2 | 050102 | Biologiya müəllimliyi | + | - | - | - | - |
3 | 050103 | Coğrafiya müəllimliyi | + | - | - | - | - |
4 | 050105 | Fizika müəllimliyi | + | - | - | - | - |
5 | 050106 | Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi | + | - | + | - | - |
6 | 050107 | İbtidai sinif müəllimliyi | + | - | + | - | + |
7 | 050108 | İnformatika müəllimliyi | + | - | - | - | - |
8 | 050109 | Kimya müəllimliyi | + | - | - | - | - |
9 | 050110 | Kimya və biologiya müəllimliyi | + | - | + | - | - |
10 | 050111 | Korreksiyaedici təlim | + | - | + | - | - |
11 | 050112 | Məktəbəqədər təhsil | + | - | + | - | - |
12 | 050113 | Musiqi müəllimliyi | + | - | - | - | - |
13 | 050114 | Riyaziyyat müəllimliyi | + | - | - | - | + |
14 | 050115 | Riyaziyyat və informatika müəllimliyi | + | - | + | - | - |
15 | 050116 | Tarix müəllimliyi | + | - | + | - | - |
16 | 050116 | Tarix və coğrafiya müəllimliyi | + | - | - | - | - |
17 | 050118 | Təhsildə sosial-psixoloji xidmət | + | - | + | - | - |
18 | 050119 | Təsviri incəsənət müəllimliyi | + | - | + | - | - |
19 | 050118 | Texnologiya müəllimliyi | + | - | + | - | - |
20 | 050121 | Xarici dili müəllimliyi (ingilis) | + | - | - | - | - |
21 | Xarici dili müəllimliyi (fransız) | + | - | - | - | - | |
22 | 050807 | Sosial iş | + | - | + | - | - |
MAGİSTRATURA
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitentində 1997-ci ildən magistr hazırlığı həyata keçirilir. Bakalavriatura səviyyəsinin davamı olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının əsas məqsədi müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər, gələcək tədqiqatçılar və ali məktəblər üçün elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir.
Bu gün magistr hazırlığında bakalavr səviyyəsi diqqətdən kənarda qalmamalıdır. Belə ki, bu və ya digər ixtisas üzrə bakalavr səviyyəsində tədris olunan bəzi fənlər dərinləşdirilmiş formada magistraturada tədris olunur. Məhz bu səbəbdən magistratura səviyyəsi ixtisaslaşmanın tamamlayr və bakalavr səviyyəsinin ixtisasları magistratura səviyyəsinin ixtisasları ilə uyğun gəlməlidir.
Magistr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 nömrəli əmri ilə tədiq edilmiş “Magistr dissertasiyasının hazırlanması, təqdim olunması, müdafiəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistr disssertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.
Magistratura səviyyəsində təhsilin müasir tələblərə cavab verməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yüksək elmi dünyagörüşünə və elmi-tədqiqatçılıq qabiliyyətinə malik gənclər yetişdirmək qarşıda duran əsas vəzifələrdən biridir. Məhz buna görə də təhsilin təşkili Avropa və dünya təhsil standartlarına uyğunlaşdırılmalıdır.
Magistratura və doktorantura şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub magistratura səviyyəsi üzrə Azərbaycan, rus və ingilis bölmələrində aşağıdakı ixtisaslarda mütəxəssis hazırlığını həyata keçirir:
060101 – «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının «Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060103 – «Xarici dil (İngilis dili) müəllimliyi» ixtisasının «Xarici dilin (ingilis dilinin) tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060104 – «Fizika müəllimliyi» ixtisasının «Fizika fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060105 – «Riyaziyyat müəllimliyi» ixtisasının «Riyaziyyatın tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060106 – “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” ixtisasının “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması
060107 – «Texnologiya müəllimliyi» ixtisasının «Texnologiya fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060108 – «Musiqi müəllimliyi» ixtisasının «Musiqi fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060109 – «Biologiya müəllimliyi» ixtisasının «Biologiya fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060110 – «Kimya müəllimliyi» ixtisasının «Kimya fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060111 – «Tarix müəllimliyi» ixtisasının «Tarix fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060112 – «Coğrafiya müəllimliyi» ixtisasının «Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060113 – «İnformatika müəllimliyi» ixtisasının «İnformatika fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060114 – «Təsviri incəsənət müəllimliyi» ixtisasının «Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası» ixtisaslaşması
060115 – «İbtidai sinif müəllimliyi» ixtisasının «İbtidai sinifdə tədrisin metodikası və metodologiyası» ixtisaslaşması
060116 – «Korreksiyaedici təlim» ixtisasının «Korreksiyaedici təlimin metodikası və metodologiyası» ixtisaslaşması
060117 – «Məktəbəqədər təlim və tərbiyə» ixtisasının «Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası» ixtisaslaşması
060118 – «Təhsildə sosial-psixoloji xidmət» ixtisasının «Təhsildə sosial-psixoloji xidmət» ixtisaslaşması
060119 – «Pedaqogika» ixtisasının «Pedaqogika nəzəriyyəsi və tarixi», «Təhsildə qiymətləndirmə və monitorinq», «Sosial pedaqogika», “Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşmaları
060407 – «Menecment» ixtisasının «Menecment (Təhsilin təşkili və idarə olunması)» ixtisaslaşması (Azərbaycan və ingilis bölməsi (Corc Vaşinqton Universiteti ilə ikili diplom))
060409 – “Biznesin idarə edilməsi” (MBA) ixtisasının “Biznesin təşkili və idarə olunması (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşması
060805 – «Sosial iş» ixtisasının «Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş», “Gənclərlə iş” ixtisaslaşmaları
«Menecment» ixtisasının «Menecment (Təhsilin təşkili və idarə olunması)» ixtisaslaşmasına qəbul olmaq üçün müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “İqtisadiyyat və idarəetmə”, “Humanitar və sosial” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
İngilis dilli ixtisasda müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, mütəxəssis hazırlığı ABŞ-ninCorc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında birgə beynəlxalq proqramı üzrə həyata keçirilir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində magistratura ixtisası üzrə ikili diplom proqramının əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Proqrama üzrə təhsil almış tələbələr ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər. Müvafiq keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Tədris dilinə uyğun olaraq namizədlər tərəfindən ingilis dili bacarıqlarını təsdiq edən İELTS, TOEFL və ya Duolingo sertifikatı tələb olunur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistratua layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır. Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir. “Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini “Menecment” ixtisasını və “Təhsil ixtisasları” qrupu üzrə ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Müəyyən olunmuş keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu müvafiq təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgədir. Tədris Azərbaycan dilindədir. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.
Doktorantura və hərbi təhsil müəssisələrində adyunktura — Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrmasıdır. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Elm sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə başa çatır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı ilə həyata keçirilir.
Qaydalara əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
ADPU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturada kadr hazırlığı aparılan ixtisaslar (2015-2020-ci illər)
1202.01 – Analiz və funksional analiz
1203.01 – Komputer elmləri 1211.01 – Diferensial tənliklər 2220.01 – Yarımkeçiricilər fizikası 2301.01 – Analitik kimya 2303.01 – k Qeyri-üzvi kimya 2306.01 – Üzvi kimya 2401.01 – Zoologiya 2411.01 – İnsan və heyvan fiziologiyası 2417.01 – Botanika 5401.01 – İqtisadi coğrafiya 5502.01 – Ümumi tarix 5503.02 – Vətən tarixi 5706.01 – Azərbaycan dili 5710.01 – Türk dilləri 5716.01 – Azərbaycan ədəbiyyatı 5717.01 – Türk xalqları ədəbiyyatı 5718.01 – Dünya ədəbiyyatı 5719.01 – Folklorşünaslıq 5801.01 – Rus dilinin tədrisi metodikası 5801.01 – Biologiyanın tədrisi metodikası 5801.01 – İnformatikanın tədrisi metodikası 5801.01 – Fizikanın tədrisi metodikası 5801.01 – İngilis dilinin tədrisi metodikası 5801.01 – Riyaziyyatın tədrisi metodikası 5801.01 – Tarixin tədrisi metodikası 5801.01 – Texnologiyanın tədrisi metodikası 5801.01 – Həyat bilgisinin tədrisi metodikası 5801.01 – Azərbaycan dilinin tədrisi metodikası 5801.01 – Kimyanın tədrisi metodikası 5801.01 – Coğrafiyanın tədrisi metodikası 5802.01 – Təhsilin təşkili və planlaşdırılması 5803.01 – Müəllim hazırlığı və fəaliyyəti 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5805.01 – Korreksiya pedaqogikası 6104.01 – Pedaqoji psixologiya 6107.01 – Ümumi psixologiya“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında PDF
Yenidənhazıranma və ya təkrar ali təhsil almaq imkanları
Yalnız ödənişli əsaslarla əyani təhsilalma formasında həyata keçirilən yenidənhazırlanma (ixtisasdəyişmə) və təkrar ali təhsil üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqamət üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” sənədi ilə tənzimlənir.
Yenidənhazırlanma təhsili müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud baza təhsil proqramlarındakı dinləyicilərin əvvəlcə aldığı baza təhsil proqrmaı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili) nəzərə alınmaqla aparılır. ADPU-da təkrar ali təhsil almaq üçün isə bakalavr diplomu tələb olunur.
Yenidənhazırlanma və ya təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır və müsahibədən uğurla keçən şəxslər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və ya tələbələr sırasına qəbul edilirlər. Yenidənhazırlanma və təkrar ali təhsil ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2020-2021-ci tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə sənəd qəbulu aparılmışdır.
Təkrar ali təhsildən fərqli olaraq yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavriaturanın əsas ixtisas fənləri əsasında xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunur, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübədə iştirak edirlər.
Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.
Proqrama üzrə təhsil almış tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər.
- Corc Vaşinqton Universiteti: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik
- Azərbaycan Dövlət Pedoqoji Universiteti : Menecment (təhsilin təşkili və idarəolunması)
Proqram çərçivəsində təhsil alan tələbələr nə əldə edəcəkdir?
- Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq;
- Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək;
- Beynəlxalq təcrübəni öyrənmək.
Proqram üzrə kvota: 25 nəfər
Tədris dili: İngilis dili
Müddət: 2 il
Proqam liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf proqramları sahələri üzrə aparılır.
Aşağıdakı maliyyə xərcləri qarşılanır:
* təhsil haqqı;
* qeydiyyat xərci;
* tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.
Qəbul qaydaları
- Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar;
- Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
2005-ci ilin dekabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültə yaradılmışdır.
2008-ci ilin noyabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültənin nəzdində Əcnəbi tələbələr üçün hazırlıq şöbəsi yaradılaraq əcnəbi vətəndaşların hazırlıq kursları həyata keçirilməyə başlanmışdır. Hazırlıq kursunda əcnəbi dinləyicilərə dil və ixtisas bilikləri ilə yanaşı Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” fənləri Azərbaycanı yaxından tanımaq üçün tədris olunur.
2015-ci ilin mart ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültənin və Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin bazası əsasında Əcnəbi tələbələrlə iş üzrə şöbə yaradılmışdır.
2017-ci ilin dekabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə şöbənin adı dəyişdirilərək, Əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı. Şöbə ADPU-da təhsil alan əcnəbi tələbələrə və təhsil almaq istəyən bütün əcnəbi vətəndaşlara xidmət göstərir.
Ötən illər ərzində ADPU-da əcnəbi tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdır, müxtəlif ixtisaslar üzrə yüzlərlə əcnəbi vətəndaş məzun olmuş, şərəfli müəllim peşəsinə yiyələnmişdirlər.
ADPU-da Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış müqavilələr əsasında, Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında və Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında əcnəbi vətəndaşlar təhsil alırlar. Hazırda ADPU-da Türkiyədən , Çindən, Rusiyadan, Ukraynadan, Gürcüstandan, Türkmənistandan, Suriyadan olan əcnəbi vətəndaşlar müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsil alırlar.
2005-ci ildən ADPU-da Türk Tələbələrinin İdarəetnə Şurası (Türk Öğrenci Yönetim Konseyi) fəaliyət göstərir. Türkiyə və Azərbaycanın əlamətdar tarixi, mədəni, ictimai hadisələrinə uyğun tədbirlərin təşkilində aktiv iştirak edirlər.
ADPU- da təhsil alan əcnəbi vətəndaşlar üçün müxtəlif auditoriyadankənar işlər – şəhər (Şəhidlər Xiyabanı, Fəxri xiyaban) və şəhərkənarına (Qobustan, Qala və s.), muzey və sərgilərə ekskursiyalar təşkil edilir. Universitetimizin ictimai həyatında əcnəbi tələbələr olduqca aktiv iştirak edir, keçirilən bir çox tədbirdə ya təşkilatçı, ya da iştirakçı qismində çıxış edirlər. Həm universitetdə, həm də respublikamızda universitetlər arasında keçirilən müxtəlif xarakterli- idman, musiqi, incəsənət, bilik və s. yarışlarda, müsabiqə və festivallarda universitetimizi layiqincə təmsil edirlər. Əcnəbi tələbələrlə aparılan auditoriyadankənar işlər Azərbaycan mədəniyyəti və insanları haqqında daha cox məlumat almaqda kömək edir, gənclik mühitində tolerantlığın təbliğinə imkan verir.
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.