planlasdirma

Təhsil menecmenti kafedrası ADPU Elmi Şurasının 9 iyul 2021-ci il tarixli qərarına əsasən yaradılmışdır. Ali təhsilin magistratura səviyyəsi üzrə MBA - Biznesin idarə edilməsi (təhsilin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması) menecment, təhsildə qiymətləndirmə və monitorinq, tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşmaları üzrə baza kafedrasıdır. Təhsil menecmenti kafedrasında idarəetmənin psixologiyası, rəqəmsal təhsil və müasir təlim texnologiyaları, təhsil və milli inkişaf, təhsil müəssisələrinin idarə edilməsi, kommunikativ və akademik xarici dil (ingilis dili), təhsil müəssisələrində maliyyənin idarə olunması, təhsildə bərabərlik, müxtəliflik və inklüzivlik, elmi tədqiqatların metod və metodologiyası, liderlik və peşəkar inkişaf, layihələrin idarə olunması, təhsildə strateji idarəetmə, təhsildə statistik təhlil, təhsildə strateji marketinq menecmenti, davamlı təhsil və insan resurslarının inkişafı, məlumat əsaslı qərarvermə, təşkilati diaqnoz və inkişaf, beynəlxalq təhsil modelləri, təhsildə ölçmə və dəyərləndirmə, korporativ sosial məsuliyyət, təhsildə sahibkarlıq, minilliyin inkişaf məqsədləri və təhsil, təhsildə sahibkarlıq və rəqabət, idarəetmənin informasiya sistemləri, yaşlıların təhsilinin idarə olunması, təhsil müəssisələrində kargüzarlıq işinin təşkili, təhsil müəssisələrində idarəetmə uçotu fənləri tədris olunur.

          Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsilin təşkili və planlaşdırılması ixtisasında kadr hazırlığı həyata keçirilir.

           Kafedraya universitetin elm və innovasiyalar üzrə prorektoru f-r.e.d., professor Asəf Zamanov rəhbərlik edir.

          Kafedrada  dosent  Mələk Zamanova, dosent Polad Mədədov, dosent İsrayıl İsgəndərov, dosent Cəsarət Valehov, p.ü.f.d. Ramiz Əliyev f.ü.f.d.Sevinc Quliyeva, böyük laborant Şənay Əliyeva, laborant Şəlalə Qəmizadə fəaliyyət göstərirlər.

       Kafedrada professor Əbülfət Pələngov, p.ü.e.d. Müslüm Nəzərov, dosent Əhməd Qəşəmoğlu, dosent Ülviyyə Hacıyeva, dosent Mirvari Qasımova, dosent Esmira Babaşirinova, dosent Sahilə Orucova, p.ü.f.d. Fəridə Hüseynova, p.ü.f.d. Gülşən Eminova, p.ü.f.d. Səbinə Əlizadə, p.ü.f.d. Leyla Əliyeva, p.ü.f.d. Şahin Ağazadə, Şahin Seyidzadə, Leyla Abbaslı, Asiman İlyasov, Nigar Əmrullayeva, Aynur  Abdullayeva, Aydan Xasməmmədzadə, Samirə Həsənzadə saathesabı qaydada dərs aparırlar.

            Kafedrada p.ü.f.d.Leyla Əliyeva elmlər doktoru proqramı üzrə, fəlsəfə doktoru Şahin Seyidzadə, Elmir Şirinov, Aygül Yaqubova, Şəbnəm Quliyeva fəlsəfə doktoru proqramı üzrə dissertasiya üzərində işləyirlər.

             Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli elmi  konfrans, konqres və simpoziumlarda məruzələrlə çıxış edir, konfransların Təşkilat Komitəsinə rəhbərlik edir, dissertasiya şuralarında fəaliyyət göstərirlər.

Kafedranın fəaliyyəti dövründə  professor-müəllim heyətinin 1 monoqrafiyası 4 kitabı, 3 proqramı, 30-a qədər  elmi məqaləsi çap edilmişdir.

Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Sahil korpusu)

Otaq nömrəsi: 226

Əlaqə nömrəsi: 012 493 21 65

 

Ad, Soyad, Ata adı

Vəzifə

1.

Asəf Dağbəyi oğlu Zamanov

Kafedra müdiri v.i.e., f-r.e.d., professor

2.

Mələk Əlislam qızı Zamanova

Dosent

3.

Polad Yadulla oMədədov

Dosent

4.

İsrayıl İsa oğlu İsgəndərov

Dosent

5.

Cəsarət Fikrət oğlu Valehov

Dosent

6.

Ramiz Cəlal oğlu Əliyev

p.ü.f.d., müəllim

7.

Sevinc Bəbir qızı Quliyeva

f.ü.f.d., müəllim

8.

Şənay Afdandil qızı Əliyeva

Böyük laborant

9.

Şəlalə Mübariz qızı Qəmizadə

Laborant

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search