+994124930032    [email protected]   Abiturient

telebeqeydiyyati

Haqqında
Əlaqə
Əməkdaşları

ADPU-nun Tədris departamentinin struktur vahidlərindən biri olan Tələbələrin Qeydiyyatı və Dövlət Mümunəli Sənədlərlə İş şöbəsi 29 dekabr 2017-ci il tarixli əmrlə təsdiq edilmiş struktur dəyişikliyinə əsasən Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin Dövlət Nümunəvi Sənədlərlə və Tələbələrlə İş bölməsinin bazasında yaradılmışdır.

Şöbənin fəaliyyəti aşağıdakı 3 istiqamət üzrə qurulur.

  1. Tələbələrin qeydiyyatı üzrə
    • Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə (TMDEMS) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Diplom təsdiq sisteminə (DTS) ADPU və onun filiallarında ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və məzunlara dair məlumatların daxil edilməsi;
    • Vətəndaşların ərizələri və ayrı-ayrı qurumlardan daxil olan məktublar, həmçinin ADPU rəhbərliyi və universitetin struktur bölmələrinin sorğuları əsasında ADPU-nun tələbə və məzunları (həmçinin AMİ məzunları) barədə məlumatların yoxlanılması və cavablandırılması;
    • ADPU-ya qəbul olunan tələbələrin şəxsi iş sənədlərinin fakültələrdən təhvil alınması, müvafiq qaydada yerləşdirilməsi və təhsil müddətində mühafizə olunması.
  1. Dövlət nümunəli sənədlərlə iş üzrə
    • Dövlət nümunəli sənədlərinTəhsil Nazirliyindən alınması, hazırlanması, mühafizəsi və müvafiq qaydada tələbə və məzunlara təhvil verilməsi;
    • Məzunların şəxsi işlərinin, protokol kitabları və s. arxiv sənədlərinin müəyyən olunmuş müddətdə aktlaşdırılaraq ADPU-nun arxivinə təhvil verilməsi;
    • Diplom dublikatı almaq üçün müraciət edən şəxslərin sənədlərinin yoxlanılması, müvafiq əmr layihəsinin və Təhsil Nazirliyinə məktub layihəsinin hazırlanaraq göndərilməsi, diplom blankı alındıqdan sonra hazırlanaraq məzuna təhvil verilməsi;
    • Başqa ali təhsil müəssisəsinə köçürülən tələbələrin akademik transkriptlərinin Təhsil Nazirliyindən alınması, hazırlanması və şəxsi işi ilə birlikdə mövcud qaydalara uyğun olaraq köçürülən tələbəyə və ya onun səlahiyyətli nümayəndəsinə verilməsi, yaxud müvafiq məktubla tələbənin köçürüldüyü ali təhsil müəssisəsinə göndərilməsi;
    • Sabiq tələbələrin müraciətləri əsasında natamam təhsil haqqında arayışların Təhsil Nazirliyindən alınması, hazırlanması və təqdim olunması;
    • Əvvəlki illərdə məzun olmuş, lakin müxtəlif səbəblərdən diplom və ya diploma əlavəsini almamış şəxslərin müraciətlərinə baxılaraq həll edilməsi.
  1. Əmrlərin hazırlanması üzrə
    • Şöbədə aşağıdakı tələbə və məzun əmrlərinin layihələrinin hazırlanması həyata keçirilir:

Tələbələr (dinləyicilər) sırasına qəbul barədə (bakalavriat, magistratura səviyyələri və hazırlıq üzrə);

Tələbələr sırasından xaric edilmə barədə;

Tələbələrin köçürülməsi haqqında;

Tələbələr sırasına bərpa olunma barədə;

Diplom dublikatının verilməsi haqqında;

Adın, soyadın və ata adının dəyişdirilməsi barədə;

Akademik məzuniyyətin verilməsi və akademik məzuniyyətdən qayıtma barədə;

Buraxılış yekun dövlət attestasiyasına və magistrlik dissertasiyasının müdafiəsinə buraxılma barədə;

Bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilməsi barədə;

Magistr ali elmi-ixtisas dərəcəsi və ali təhsil haqqında diplomun verilməsi barədə;

Tələbələrin “Tibb bacısı” və “Sanitar təlimatçısı” şəhadətnaməsi ilə təmin edilməsi haqqında və s.

Sturukturun yerləşdiyi inzibati bina:Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binası (Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli, 68), 237 və 238 nömrəli otaqlar

Əlaqə nömrəsi: (012) 498 19 31, (012) 598 14 66

N

Ad soyad ata adı

Vəzifəsi

 

Xəlilov Vüsal Əmirxan

müdir

 

Rüstəmova İradə Telman

Baş mütəxəssis

 

Mustafayeva Fatma Telman

mütəxəssis

 

Bayramlı Ülviyə Əziz

mütəxəssis

 

Osmanova Gültəkin Məhəmməd

mütəxəssis

 

Rzayeva Günel Zakir

mütəxəssis

 

Abdulova Türkən Arif

Xəttat

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Faydalı resurslar

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin