This image for Image Layouts addon

Təqaüd imkanları

Dövlət sifarişi və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, əyani təhsil alan tələbələrə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə təyin edilir. Bundan əlavə dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019/2020-ci tədris ilindən etibarən artırılmağa başlanılıb. Hazırda ADPU-da bu nisbət 70 faizə qədərdir.
İmtahan sessiyasından sonra fakültələrdə tələbələrin həmin semestr üçün ÜOMG-nə əsasən (ən yüksək nəticə göstərənlər) təqaüd alanların siyahısı müəyyən olunur, tələbələrə elan edilir və fakültə elanlar lövhəsində paylaşılır.
Əlavə olaraq universitetdə təhsil nazirinin əmrinə əsasən, 2017-ci ildən SABAH qruplarının tələbələrinə məqsədli təqaüd təyin olunur.
2014-cü ildən qəbul imtahanlarında 500-dən çox bal toplayan və ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edənlər Elm və Təhsil Nazirliyinin aylıq 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdünü almaq hüququ qazanırlar.

"UĞUR" xüsusi təqaüd proqramı

2025/2026-cı tədris ilindən etibarən ADPU-da yeni qəbul olunan tələbələr üçün "UĞUR" xüsusi təqaüd proqramı təsis edilib.
Proqram çərçivəsində 600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi "UĞUR" təqaüdü alacaq.
"UĞUR" xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq "Firudin bəy Köçərli" təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə verilir.

THİK təqaüdləri

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən hər semestr ADPU THİK-in üzvü olan ictimai fəal və akademik göstəriciləri yükəsk olan 14 nəfər tələbəyə 300 manat məbləğində birdəfəlik təqaüd verilir.
2025/2026-cı tədris ilindən etibarən ADPU THİK tərəfindən hər il bakalavriat səviyyəsi üzrə ixtisas seçimində birinci yerdə ADPU-nu seçməklə ən yüksək nəticə ilə qəbul olunan tələbəyə 400 AZN, ADPU-nun filialları və magistratura səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə isə 500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir. 
Qeyd edək ki, təqaüdün təyinində ən yüksək balla qəbul olunmaqla yanaşı ixtisası birinci yerdə yazmaq tələbi yalnız ADPU-nun bakalavriat səviyyəsinə aiddir, magistratura səviyyəsi və filiallara qəbulda sadəcə ən yüksək balla qəbul olunmaq bu təqaüdü almağa əsas verir.

Adlı təqaüdlər 

ADPU-nun Elmi Şurasının müvafiq qərarlarına əsasən, hər il ADPU-ya ən yüksək balla qəbul olunan tələbəyə və imtahan sessiyaları dövründə ÜOMG-si yüksək olan tələbələrə  isə adlı təqaüdlər təyin olunur. Hazırda bu təqaüdlərin sayı 14-dür.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search