
Tələbə poliklinikası
ADPU-nun tələbə poliklinikası (TƏBİB tabeliyində Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Tələbə Poliklinikası) universitetin bütün tədris korpuslarında yerləşir və tələbə kontingentinə, ehtiyacı olan zaman müəllim və inzibati işçilərə də tibbi yardım xidmətini göstərir.
Poliklinikanın əsas binası Bakı şəh., AZ1007, Nəsimi rayonu, N. Yusifbəyli küç., 60 ünvanında, ADPU-nun III tədris binasında yerləşir.
Poliklinikanın əsas planlı işləri aşağıdakılardır:
- ADPU-ya yeni daxil olmuş tələbələri tibbi müayinədən keçirmək
- Rentgen müayinəsinin tibb qruplarına bölünməsini təşkil etmək
- Tələbələr arasında infeksion xəstəliklər aşkar olunduğu halda infeksion xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanalara göndərilməsini və xəstə ilə təmasda olanların yenidən müayinə olunmasını təşkil etmək
- Tələbələr arasında vaxtaşırı sanitar maarifləndirmə işini aparmaq, aktual tibbi mövzularla bağlı məlumatları tələbələrə çatdırmaq
- Laboratoriya və sorğu yolu ilə helmentli xəstələrin aşkar edilməsi və müalicəsinin təşkili
- Tələbələr arasinda psixoloji yardıma ehtiyacı olanları psixoloji xidmət mütəxəssislərinə yönəltmək
ADPU-da fəaliyyət göstərən TƏBİB tabeliyində Bakı Baş Səhiyyə Mərkəzinin
4 nömrəli Tələbə Poliklinikasının tədris korpusları üzrə tibb işçilərinin iş qrafiki