1.Türkoloji Mərkəz (bundan sonra mərkəz) ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun struktur bölmələrindən biri olmaqla ADPU-nun fəaliyyət istiqamətlərini prioritet seçir.
2.Mərkəz Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələrindən ibarətdir.
3.Mərkəz Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələri daxilində Azərbaycanda və türk dövlətlərində ayrı-ayrı elmi və mədəni qurumlarla əlaqələrin qurulması və qarşılıqlı iş şəraitində müvafiq fəaliyyət göstərən strukturdur.
4.Mərkəz öz fəaliyyəti dövründə beynəlxalq qurumlar daxilində
türk dövlətlərinin aparıcı universitetlərinin müvafiq qurumları
ilə, o cümlədən TÜRKSOY, Türk Ocaqlar Birliyi, Azərbaycanda
fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri və s.
təşkilatlarla geniş əlaqələrin qurulmasına xüsusi yer ayırır.
5.Mərkəz AMEA-nın humanitar istiqamətli institutları, habelə
Azərbaycan universitetlərinin elm və təhsil qurumları ilə birgə
tədqiqatlara üstünlük verir və onlarla sıx əməkdaşlıq edir.
6.Mərkəzin
fəaliyyətinin əsas məqsədi:
a) Azərbaycan türkologiyasının
inkşafı ilə bağlı tədqiqatların aparılmasını təmin etmək,
türkologiyanın inkşafına yeni töhfələr vermək, onun elmi -nəzəri
səviyyəsinin yüksəldilməsinə və praktik tətbiqinə nail olmaq.
b)
Türk dilləri, Türk ədəbiyyatı və Türk tarixi bölmələrinin
türkologiya sahəsində əldə olunmuş elmi nəticələrinin tədris
prosesinə tətbiqini təmin etmək.
c) ADPU-nun müvafiq
struktur bölmələri ilə səmərəli iş fəaliyyəti qurmaq,
professor-müəllim heyətini, tələbə, magistrant və doktorantları
mərkəzdə aparılan tədqiqtlara cəlb etmək.
ç) Mərkəz xətti
ilə elmi seminar, dəyirmi masa və konfranslar təşkil etmək.
d)
Beynəlxalq və Respublika əhəmiyyətli qrant layihələrində iştirak
etmək və bu çərçivədə elmi-tədqiqat işləri aparmaq.
Sturukturun yerləşdiyi inzibati bina: Ü.Hacıbəyli küç., 68 (ADPU əsas korpus)
Otaq nömrəsi:136
Email:
№ | Ad, Soyad, Ata adı | Vəzifə |
|
fil.ü.f.d. Şəkər Heyvəli qızı Məmmədova | Direktor |
|
prof. Mirvari Abbas qızı İsmayılova | Türk dilləri bölməsinin müdiri |
|
prof. Elman Hilal oğlu Quliyev | Türk ədəbiyyatı bölməsinin müdiri |
|
t.ü.f.d., dos., Dəyanət Musa oğlu Musayev | Türk tarixi bölməsinin müdiri |
|
Nərmin Sadiq qızı Rəhimova | Mütəxəssis |
|
Türkan Mahmudzadə Elman | Mütəxəssis |
|
Validə Nadir qızı Şıxəliyeva | Türk dilləri bölməsinin mütəxəssisi |
|
Aynur Yusif qızı Cəfərova | Türk dilləri bölməsinin mütəxəssisi |
|
Sayalı Şahin qızı Cəfərova | Türk ədəbiyyatı bölməsinin mütəxəssisi |
|
Ülkər Fikrət qızı Yusifli | Türk tarixi bölməsinin mütəxəssisi |