Təhsil menecmenti kafedrası ADPU Elmi Şurasının 9 iyul 2021-ci il tarixli qərarına əsasən yaradılmışdır. Ali təhsilin magistratura səviyyəsi üzrə MBA - Biznesin idarə edilməsi (təhsilin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması) menecment, təhsildə qiymətləndirmə və monitorinq, tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşmaları üzrə baza kafedrasıdır. Təhsil menecmenti kafedrasında idarəetmənin psixologiyası, rəqəmsal təhsil və müasir təlim texnologiyaları, təhsil və milli inkişaf, təhsil müəssisələrinin idarə edilməsi, kommunikativ və akademik xarici dil (ingilis dili), təhsil müəssisələrində maliyyənin idarə olunması, təhsildə bərabərlik, müxtəliflik və inklüzivlik, elmi tədqiqatların metod və metodologiyası, liderlik və peşəkar inkişaf, layihələrin idarə olunması, təhsildə strateji idarəetmə, təhsildə statistik təhlil, təhsildə strateji marketinq menecmenti, davamlı təhsil və insan resurslarının inkişafı, məlumat əsaslı qərarvermə, təşkilati diaqnoz və inkişaf, beynəlxalq təhsil modelləri, təhsildə ölçmə və dəyərləndirmə, korporativ sosial məsuliyyət, təhsildə sahibkarlıq, minilliyin inkişaf məqsədləri və təhsil, təhsildə sahibkarlıq və rəqabət, idarəetmənin informasiya sistemləri, yaşlıların təhsilinin idarə olunması, təhsil müəssisələrində kargüzarlıq işinin təşkili, təhsil müəssisələrində idarəetmə uçotu fənləri tədris olunur.
Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsilin təşkili və planlaşdırılması ixtisasında kadr hazırlığı həyata keçirilir.
Kafedraya universitetin elm və innovasiyalar üzrə prorektoru f-r.e.d., professor Asəf Zamanov rəhbərlik edir.
Kafedrada dosent Mələk Zamanova, dosent Polad Mədədov, dosent İsrayıl İsgəndərov, dosent Cəsarət Valehov, p.ü.f.d. Ramiz Əliyev f.ü.f.d.Sevinc Quliyeva, böyük laborant Şənay Əliyeva, laborant Şəlalə Qəmizadə fəaliyyət göstərirlər.
Kafedrada professor Əbülfət Pələngov, p.ü.e.d. Müslüm Nəzərov, dosent Əhməd Qəşəmoğlu, dosent Ülviyyə Hacıyeva, dosent Mirvari Qasımova, dosent Esmira Babaşirinova, dosent Sahilə Orucova, p.ü.f.d. Fəridə Hüseynova, p.ü.f.d. Gülşən Eminova, p.ü.f.d. Səbinə Əlizadə, p.ü.f.d. Leyla Əliyeva, p.ü.f.d. Şahin Ağazadə, Şahin Seyidzadə, Leyla Abbaslı, Asiman İlyasov, Nigar Əmrullayeva, Aynur Abdullayeva, Aydan Xasməmmədzadə, Samirə Həsənzadə saathesabı qaydada dərs aparırlar.
Kafedrada p.ü.f.d.Leyla Əliyeva elmlər doktoru proqramı üzrə, fəlsəfə doktoru Şahin Seyidzadə, Elmir Şirinov, Aygül Yaqubova, Şəbnəm Quliyeva fəlsəfə doktoru proqramı üzrə dissertasiya üzərində işləyirlər.
Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli elmi konfrans, konqres və simpoziumlarda məruzələrlə çıxış edir, konfransların Təşkilat Komitəsinə rəhbərlik edir, dissertasiya şuralarında fəaliyyət göstərirlər.
Kafedranın fəaliyyəti dövründə professor-müəllim heyətinin 1 monoqrafiyası 4 kitabı, 3 proqramı, 30-a qədər elmi məqaləsi çap edilmişdir.
Strukturun yerləşdiyi inzibati bina: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Sahil korpusu)
Otaq nömrəsi: 226
Əlaqə nömrəsi: 012 493 21 65
№ |
Ad, Soyad, Ata adı |
Vəzifə |
1. |
Asəf Dağbəyi oğlu Zamanov |
Kafedra müdiri v.i.e., f-r.e.d., professor |
2. |
Mələk Əlislam qızı Zamanova |
Dosent |
3. |
Polad Yadulla oMədədov |
Dosent |
4. |
İsrayıl İsa oğlu İsgəndərov |
Dosent |
5. |
Cəsarət Fikrət oğlu Valehov |
Dosent |
6. |
Ramiz Cəlal oğlu Əliyev |
p.ü.f.d., müəllim |
7. |
Sevinc Bəbir qızı Quliyeva |
f.ü.f.d., müəllim |
8. |
Şənay Afdandil qızı Əliyeva |
Böyük laborant |
9. |
Şəlalə Mübariz qızı Qəmizadə |
Laborant |