Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə tələbə təşkilatlarının forumu keçirilib. Fakültəyə yeni qəbul olunmuş tələbələrin universitetin ictimai-sosial həyatı haqqında məlumatlılığının artırılması və təkliflərinin dinlənilməsi məqsədi ilə təşkil olunan forumda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Həsənova, universitetdəki tələbə təşkilatlarının rəhbərləri və Filologiya fakültəsinin birinci tədris ili tələbələri iştirak ediblər.
Əvvəlcə 19-20 sentyabr tarixlərində müzəffər Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatlarında canını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub. Daha sonra açılış nitqi ilə çıxış edən dekan müavini Könül Həsənova Filologiya fakültəsinin uğurlarından danışaraq qeyd edib ki, bu gün də Filologiya fakültəsi yeni tələblərini qarşılayır. Bu tələbələrin hər biri ölkəmizin gələcəyi, fakültənin gələcək uğurlarıdır. Ardınca ictima fəaliyyətin tələbələr üçün əhəmiyyəti vurğulanıb.
Çıxış edən Filologiya fakültəsində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyinin rəhbəri Raman İsmayılov dərnəyin məqsədi, fəaliyyəti və uğurları haqqında ətraflı məlumat verərək bildirib ki, 2019-cu ildə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e, prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan dərnək ölkə və beynəlxalq miqyasda layihə və tədbirlər həyata keçirmişdir.
Çıxışın yekununda "Meh"in fıaliyyəti barədə videoçarx nümayiş olunub.
ADPU-nun YUNESKO klubunun prezidenti Əhmədağa Babaşov da burada tələbələr üçün yaradılan şərait haqqında danışıb və YUNESKO barədə videoçarxı təqdim edib.
ADPU Yeni Klub haqqında məlumat verən klubun rəhbəri İsmayıl Nəsirov da yeni fəaliyyətə başlayan klubun fəaliyyət istiqamətləri və tələbələr üçün açdığı imkanlardan söz açıb.
Forumun davamında Tələbə Gənclər Təşkilatının (TGT) sədri Təhmasib İmaməliyev ADPU TGT-nin fəaliyyəti, strukturu və uğurları barədə geniş məlumat verib, qeyd edib ki, gənclərin ictimai fəaliyyətinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə yeni layihələr həyata keçiriləcəkdir.
ADPU-nun ENACTUS komandasının prezidenti Şahin Məmmədli beynəlxalq layihə olan ENACTUS-un gənclərin biznes və sahibkarlıq ideyalarının reallaşdırılması üçün böyük fürsət olduğunu diqqətə çatdırmış və komandanın uğurları, komandaya üzv olmaq barədə məlumat vermişdir.
Daha sonra ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) sədri Nərgiz Quluzadə çıxış edərək şagirdə tələbə dəstəyi və tələbəyə tələbə dəstəyi ideyaları ilə çıxış edən ADPU TKTB-də tələbələr üçün yaradılan səmimi mühit və onların inkişafı üçün hazırlanan layihələr barədə məlumat verib.
ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) haqqında isə təşkilatın sədr müavini Cəmilə Qurbanova məlumat verərək, təşkilatın tələbələrə sosial dəstək vermək üşün çoxlu lauihələr icra etdiyini, müxtəlof mədəni tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Sonda "Meh" ədəbi dərnəyinin üzvü Əlibəy Ələkbərli tələbələrlə öz təəssüratlarını bölüşmüş, qiraətçi Cəmilə Məmmədova isə Mahirə Nağıqızının "Mən səni özüm kimi" şeirini səsləndirilmiş və tədbir tələbələri maraqlandıran mövzuların müzakirəsi ilə davam etdirilib.