Previous Next

ADPU-nun Şamaxı filialında 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükütla yad edildi. Filialın direktoru dosent Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, bu gün çətin, eyni zamanda, qürurverici bir gündür. Bu gün Azərbaycan xalqı özünün vətən uğrunda canından keçmiş şəhid övladlarını anır və bu qəhrəman oğulların sayəsində torpaqlarımızın azad olunmasının sevincini yaşayır. 44 günlik Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və tarixi qələbə qazandı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3000 nəfərə yaxın vətən oğlu öz canından keçməklə 30 illik torpaq həsrətinə son qoydu. O, qeyd etdi ki, şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaqdır.
Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşovun “Azərbaycan dövlətinin tarixində 44 günlük Vətən müharibəsi ən şanlı səhifədir” və Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Türkan Hüseynovanın “Xalqla ordunun birliyi qələbəmizin rəhnidir” mövzusunda çıxışları dinlənildi və mövzu ətrafında müzakirələr aparıldı. 
Sonda    filialın tələbələri Səbinə Salmanlı, Xədicə Azaylı və Araz Qasımlı  mövzu ilə bağlı özlərinin qələmə aldıqları şeirləri səsləndirdilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search