Previous Next

ADPU-da “İnkişaf marafonu” təlimi keçirildi

Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə "İnkişaf marafonu" adlı təlim keçirilib.
Təlimdə “Destec Group"un İdarə Heyətinin üzvü, "Nigar Tarım"ın İdarə Heyətinin üzvü, ADNSU-nun dosenti və biznes konsultant Sakit Səmədov "İnkişaf yolunda edilən səhvlər və onların həll yolları”, “Shane Academy Azerbaijan”ın təsisçi direktoru, xaricdə təhsil eksperti, IELTS, TOEFL və Dualingo instruktor Jalə Bəhrəmova "Xarici dilin şəxsi inkişafda yolları", sahibkar və biznes konsultant Elxan Sultanlı isə "Şəxsi inkişafda 5 əsas"  mövzusunda təqdimatla çıxış ediblər.
Sonda təlimçilər tələbələrə maraqlandıran sualları cavablandırıblar. Təlimdə aktiv iştirak edən tələbələrə xüsusi hədiyyələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search