Oktyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev - elm və təhsilin inkişafı” mövzusunda seminar keçrilib.
Seminarın qonağı iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Əli Əlirzayev Ümummili Lider Heydər Əliyevlə bağlı xatirələrini tələbələrlə bölüşüb, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hır iki dövrdə elm və təhsilin inkişafı sahəsində aparılan məqsədyönlü siyasət və əldə olunan misilsiz nailiyyətlərdən söz açıb, bu siyasətin bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və geniş miqyasda davam etdirildiyini vurğulayıb.
Seminar maraqlı müzakirələrlə davam etdirilib.