Cari tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 64,1 faizi dövlət sifarişi əsasında qəbul olunub, 5,5 faizi isə güzəşt kateqoriyalarına daxil olduğu üçün təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Beləliklə, bu il də ADPU-ya qəbul olunan bakalavrların 70 faizə qədəri dövlət hesabına təhsil alacaq.