Previous Next

ADPU-ya yeni qəbul olunan doktorant və dissertantlara vəsiqələr təqdim olunub

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktorluğu proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunmuş doktorant və dissertantlarla görüş keçirilib.
Görüşdə Universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov və Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d. Rəşad Sadıqov iştirak edib.
Çıxış edən rektor prof. Cəfər Cəfərov doktorant və dissertantları təbrik edib, yeni elmi-pedaqoji tədqiqatlar, dövrün trendləri və yeni pedaqoji yanaşmalar haqqında danışaraq, Universitetdə magistratura və doktoranturaya qəbul olunanların kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq istiqamətində ardıcıl iş aparıldığını, təhsilə dair beynəlxalq forum və konfransların təşkil olunduğunu, kollektivin gərgin əməyi sayəsində bir çox nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Rektor vuğrulayıb ki, rəqabətqabiliyyətli elmi-pedaqoji potensialın gücləndirilməsi üşün gənc tədqiqatçılar da mövzu seçimlərində və tədqiqatlarında ən yeni elmi nailiyyətlərə və istiqamətlərə istinad etməlidir.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov bildirib ki, cari ildə fəlsəfə doktorluğu proqramı üzrə ADPU-da qəbul aparılan 27 yerə 51 nəfər iddia edib, nəticədə gərgin müsabiqə mərhələlərini uğurla keçən 10 nəfər namizəd doktorantura və dissertanturaya qəbul olunub. 
Daha sonra doktorant və dissertantlara vəsiqələr təqdim olunub, onlar öz təəssüratlarını bölüşərək elmi-tədqiqat istiqamətləri haqqında məlumat veriblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search