Previous Next

Yeni tədris ilində ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

 Oktyabr 16-da  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni tədris ilində “Heydər Əliyev dərsləri”nin  ilk  məşğələsi keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Tarix və coğrafiya fakültəsinin birinci tədrsi ilinin tələbələri iştirak edib. 
Mərkəzin mütəxəssisi Tərlan Ağayev tələbələri Mərkəzin salonunda nümayiş olunan eksponatlarla tanış edərək qeyd edib ki, burada Ulu Öndərlə bağlı 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal, məcmuə və digər əşyalar qorunub saxlanılır. Daha sonra o, dərsin iştirakçılarına Heydər Əliyevin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı aspektləri barədə məlumat verib. 
“Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə ilə çıxış edən mərkəzin müdiri Tahir Süleymanov Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında danışıb, 1969-2003-cü illər arasındakı 34 illik böyük bir zaman kəsiyinin haqlı olaraq “Heydər Əliyev dövrü” adlandırıldığını qeyd edib.
Mühazirədən sonra dünyanın tanınmış dövlət rəhbərlərinin, görkəmli politoloq və yazıçıların Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş etdirilib. Daha sonra dərsin iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.
Sonda məşğələ sual-cavab formasında davam edib, Ümummilli Liderin  həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Xatırladaq ki, “Heydər Əliyev İli” çərçivəsində  ADPU-nun Heydər Əliyev Mərkəzi tərəfindən ilin əvvəlindən start verilən “Heydər Əliyev dərsləri” ilin sonunadək həm Tarix və coğrafiya fakültəsində, həm də universitetin digər fakültələrində mütəmadi olaraq davam etdiriləcəkdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search