Previous Next

ADPU-nun Şəki filialının tələbələri ADA Universitetində təhsil imkanları ilə tanış olublar

Oktyabrın 17-də ADPU-nun Şəki filialının buraxılış kurslarının tələbələrinin magistratura təhsili ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, universitetin Təhsil fakültəsinin müəllimi Abbas Abbasov, ADPU-nun Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, filialın muəllim və tələbələri iştirak ediblər.  
Tədbirdə tələbələrə ADA Universitetində magistratura səviyyəsi üzrə müxtəlif istiqamətlərdə təklif olunun proqramlar haqqında məlumat verilərək, bildirilib ki,  ötən ildən etibarən bəzi proqramlarda tədris ingilis dili ilə yanaşı, Azərbaycan dilində də təşkil olunur. Magistratura səviyyəsi üzrə ADA Univertsitetindəki imkanlar, xüsusilə də kadr potensialı, xarici mübadilə proqramı vasitəsilə təhsil, karyera imkanları haqqında ətraflı məlumat verilib. Əməkdaşlar tərəfindən ADA Universitetində mövcud olan ixtisaslar, onlara qəbul qaydaları, ixtisasların formatı və təqaüd imkanları vurğulanıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search