Previous Next

ADPU-da “Türk dünyasının birliyində Heydər Əliyev amili” Beynəlxalq konfransı keçirilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunmuş qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)  “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı beynəlxalq konfrans keçirib. 
İctimai Birliyin sədri, Əməkdar jurnalist Nadir Azəri konfransı açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
Mövzu ilə bağlı çəkilmiş videoçarxın nümayişindən sonra çıxış edən konfransın moderatoru,  ictimai fəal, şair  Əkbər Qoşalı deyib ki, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılan “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi gələcək nəsillərə Ulu Öndərin türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır.  Layihə çərçivəsində  məktəblilər və gənclər arasında rəsm müsabiqəsi də elan olunub, nəticədə 22 əsər əsas finalçı kimi seçilib.
Sonra ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, keçmiş xarici işlər naziri Kudret Özersay və Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin sədri  Orxan Həsənoğlu çıxış ediblər.
Daha sonra konfrans işini panel iclası ilə davam edib. Bu hissədə Türkiyənin tanınmış elm adamı, prof. Ramazan Taşdurmaz, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, keçmiş hərbi attaşe Yücel Karauz, Əməkdar jurnalist Azər Həsrət, millət vəkili Vüqar İskəndərov çıxış ediblər. Konfransda həmçinin, Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin siyasət elmi və dövlət idarəçiliyi üzrə müəllimi, prof. Alper Özmenin, Qazaxıstanın və Azərbaycanın Yazıçılar Birliyinin üzvü Nəsihə Gumarqızının videoçıxışları dinlənilib.
Konfrans işinə rəsm müsabiqəsinin qaliblərinin və iştirkaçılarının mükafatlandırılması ilə yekun vurub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search