Previous Next

Pedaqoji Universitetdə keyfiyyət təminatı ilə bağlı görüş keçirilib

Oktyabrın 24-də ADPU-nun rektoru yanında Keyfiyyət komissiyası və Keyfiyyətin təminatı şöbəsi nəzdində fəaliyyət göstərən işçi qrup üzvləri ilə birgə görüş keçirilib. 
İclas Keyfiyyət komissiyasının sədri, tədris işləri üzrə prorektor, dosnet Eldar Aslanovun giriş sözü ilə başladı. Sonra Keyfiyyətin təminatı şöbəsində təcrübə proqramında iştirak etmiş tələbələrə sertifikatlar təqdim olundu. 
İclasda reytinq qiymətləndirilməsi, bununla bağlı məmnuniyyət sorğusu və müəllimlərin kodlaşdırılması ilə bağlı bir sıra məsələlərə toxunuldu. 
Dos. Eldar Aslanov qeyd etdi ki, Keyfiyyət komissiyasının sistemli şəkildə təşkil olunması aktual məsələyə çevrilmişdir. Komissiyanın tərkibində əmək bazarının təmsilçilərinin iştirakı ümumilikdə keyfiyyətin artırılmasına töhfə verəcək. Bu xüsusda xarici maraqlı tərəf olaraq 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə də öz fikirlərini bildirdilər. 
Keyfiyyətin təminatı şöbəsinin müdiri dos. Qalib Şərifov müəllimlərin məlumat bazasının bir sistem üzərindən toplanılması üçün kodlaşdırma prosesinin aktuallığı, üstünlüyü və aparılma mexanizmi haqqında təqdimatla çıxış etdi. Daha sonra reytinq qiymətləndirilməsinə dair dəyişikliklərlə bağlı təkliflər heyət üzvlərinin nəzərinə çatdırıldı, məsələ ilə bağlı müzakirə aparıldı.
Sonda şöbənin əməkdaşları Jalə Kərimova və Çingiz Baxşıyev reytinq qiymətləndirilməsi ilə bağlı şöbə tərəfindən aparılan məmnuniyyət sorğusunun nəticələri əsasında filiallar və fakültələr üzrə ümumi təhlil və statistikanı təqdim etdilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search