Previous Next

ADPU-nun rektoru tanınmış jurnalistlər Hacıbəy Heydərli və Fərid Şahbazlı ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov "Edu Time" Təhsil və İnkişaf Mərkəzi və "İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndələri, tanınmış  jurnalistlər Hacıbəy Heydərli və Fərid Şahbazlı ilə görüşüb. 
Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Cavid Hüseynov iştirak ediblər. 
Təhsil mediası və ictimaiyyətlə əlaqələr sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə yeni fəaliyyətə başlayan edutime.az  təhsil portalının fəaliyyəti haqqında məlumat verilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search