Previous Next

ADPU-nun Quba filialında tədbir: Böyük Zəfərin Qubadlı səhifəsi

Oktyabrın 25-də ADPU-nun Quba filialında şəhid Miqdad Abduləlimov adına auditoriyada Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə Qubadlı şəhəri gününə həsr olunmuş “Böyük Zəfərin Qubadlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev geniş məruzə ilə çıxış edib.
Fakültə dekanı Nubar Bayramovanın moderatorluğu ilə davam edən tədbirdə Humanitar elmlər kafedrasının müəllimi Novruz Kərimov, V tədris ili tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Səfa Mərdanov çıxış edib, I tədris ili tələbəsi Gülyanaq Əhmədova vətənpərvər ruhda şeir səsləndirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search