Previous Next

“Bir Könüllü” Azərbaycan Dövlət Pedaqoji Universitetində

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyasında ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov və  “Bir Könüllü”  Təşkilatının inzibati məsələlər üzrə meneceri Nərgiz Quluzadə iştirak edib. 
Açılış nitqində prorektor Fikrət Rzayev könüllü fəaliyyətin mahiyyətindən danışaraq, ictimai fəaliyyətin tələbələrin ictimai-sosial inkişafında rolunu qeyd edib.  Daha sonra şöbə müdiri Turan Kərimli “Bir Könüllü”yə qoşulmaqla tələbələrin qazanacaqları təcrübə və bacarıqlar haqqında danışıb.  
300-dən çox tələbənin qatıldığı məlumat sessiyasında təşkilata üzvlük prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələr barədə ətraflı məlumat verilib, həmçinin tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search