Previous Next

ADPU-nun Şəki filialının tələbələri Bəxtiyar Vahabzadənin ev muzeyində olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbələri filialın Humanitar fənlər kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-tərcüməçi Vaqif Aslanın təşəbbüsü və təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyində ekskursiyada olublar. 
Tələbələr muzeydə böyük şairiin həyat və yaradıcılıq yolunu əks etdirən eksponatlarla tanış olublar, eyni zamanda onun yaradıcılığından müxtəlif poetik nümunələr səsləndiriblər. Baş müəllim Vaqif Aslan Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrindən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb. Sonra xatirə şəkilləri çəkilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search