Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən “Azərbaycan Respublikası ərazisində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya proseslərində iştirakı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları Faiq Məmmədov və Həmid Həbibov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edib.
Filialın direktoru dos. T.Yusifova giriş sözü ilə çıxış edərək, gənclərin təhsil almaqla bağlı miqrasiya prosesləri haqqında məlumatlı olmalarının vacibliyini qeyd edib. Ardınca Ağsu Regional Miqrasiya İdarəsinin miqrasiya xidməti müşaviri Faiq Məmmədov və kiçik miqrasiya xidməti müşaviri Həmid Həbibov miqrasiya qanunvericiliyinin əhəmiyyəti və tətbiqi, eyni zamanda Azərbaycan Respublikası ərazisində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən sənədlər barədə ətraflı məlumat veriblər.
Tədbir diskussiya formasında davam edib və mövzu ilə bağlı suallar cavablanıdrılıb.