Previous Next

Pedaqoji Universitetin şəhid məzunu Tural Dəmirçiyevin ailəsi ziyarət olunub

Dekabrın 2-də ADPU YENİ Klub nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə tələbələr Pedaqoji Universitetin məzunu, Vətən müharibəsi şəhidi Tural Dəmirçiyevin ailəsini ziyarət ediblər. 
Şəhidin ailə üzvləri tələbələrə Turalın keçdiyi şərəfli döyüş yolu və xatirələrindən danışıb, onun vətənə olan sevgi-məhəbbətinin tükənməzliyini vurğulayıblar.
Şəhidin ADPU-nun II tədris ilinin tələbəsi Aytac İbrahimova tərəfindən çəkilmiş rəsmi ailəsinə hədiyyə olunub.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 21-də hərbi toplanış çərçivəsində Azərbaycan Quru Qoşunlarının əsgəri kimi təlimlərə qatılan Tural Dəmirçiyev 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzulinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Dəmirçiyev oktyabrın 5-də Füzuli istiqamətindəki döyüşlərdə qəlpə yarasından şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Tural Dəmirçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search